ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, hərbi dəniz qüvvələrinin generalı Cozef Danford bu gün Azərbaycana gələcək. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın Baş Qərargah Rəisinin Ofisi məlumat yayıb.
Xəbər verilir ki, general Dunford Bakıda rusiyalı həmkarı, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Qerasimovla görüşəcək. Onların iki ölkə arasındakı hərbi münasibətlərin hazırkı durumunu müzakirə edəcəyi qeyd edilir.
“Hərbi liderlər hazırda Amerika-Rusiya hərbi münasibətləri və iki ölkə arasında səhvlərə və potensial böhranlara yol verilməməsi məqsədilə daimi və dəqqi kommunikasiyaların əhəmiyyətini müzakirə edəcək” - deyə ABŞ-ın Birgə Qərargahlar rəisinin ofisinin açıqlamasında bildirilir.
Baş Qərargah rəislərinin Bakıda görüşü ilə bağlı Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Bildirilir ki, fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş planlaşdırılır: "Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq".