Özbəkistanın İnterpol xəttilə axtarışa verdiyi ABŞ vətəndaşı Batumi aeroportunda tutulub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə deyilir ki, axtarışda olan 39 yaşlı ABŞ vətəndaşı L.K Özbəkistan tərəfindən “terrorizm”, “kriminal təşkilat yaratma”, “təxribat hücumları” və “qanunsuz silah saxlama” maddələrilə ittiham olunur.
Gürcüstan DİN və İnterpolun Tiflis bürosunun birgə əməliyyatı nəticəsində saxlanan ABŞ vətəndaşının Özbəkistana ekstradisiya olunacağı bildirilir.