ABŞ Konqresinin erməni məsələləri üzrə Komitəsinin liderləri Amerikanin Erməni Milli Komitəsini (ANKA) prezident Trampı qondarma “erməni genosidi”ni tanımağa çağırmaq yönündə fəaliyyətə səsləyib.
Baki-xeber.com-un “lragir.am” saytına istinadən xəbərinə görə, ANKA-nın icraçı direktoru Aram Ambaryan bu məqsədlə ermənilərə müraciət edərək, Trampı qondarma “genosid”i etiraf etməyə və Türkiyəni bu məsələdəki “inkarçı siyasətindən” çəkindirməyə çağıran petisiyanı imzalamağa səsləyib. Bildirib ki, bundan ötrü Konqresdəki sözügedən Komitənin məktubuna qoşulmaq gərəkir.
Xəbərə görə, məktubda, həmçinin, Tramp 24 aprelin “ermənilərin genosid günü” kimi qəbul olunmasına çağırılır.