Son günlər You Tube internet portalında Azərbaycana qarşı təhdid videosu yerləşdirilən terrorçunun ölüm xəbəri yayılıb.
Baki-xeber.com-un xəbərinə görə, internetdə ölüsünün də fotosu yer alan terrorçu sözügedən videomüraciətində Azərbaycanı terror aktları ilə hədələyir, ölkəmizə gələn əcnəbi turistlərin öldürüləcəyini bəyan edirdi.
Terrorçunun Suriyada məhv edildiyi xəbər verilir. Onun kimliyi barədə isə məlumat yoxdur.