Abşeron rayonunda hava şəraiti yol qəzasına səbəb olub.
“Trend”-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib. Xırdalandan Novxanı istiqamətində hərəkət edən "KİA-Sorrento" markalı avtomobilin sürücüsü Masazır qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Masazırdakı duz gölünə düşüb.
Qəzanın baş verməsinə səbəb həmin ərazidə yolun buz bağlaması olub.