Cümə axşamı günü, 05 noyabr 2026
     

Bəzi nazirlərin parlamentdə büdcə müzakirələrində iştirak etməməsi narazılıq yaratdı

Image


Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin yenilənmiş layihəsinin müzakirəsi keçirilib. Trend-in məlumatına görə, parlamentin plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib: "Birincisi, son 18 ayda neftin qiymətinin 4 dəfədən çox azalmasıdır ki, bu da dövlət və icmal büdcələrin proqnozlaşdırılan gəlirlərini azaldıb. İkincisi, dekabrda manatın devalvasiyası və milli valyutanının üzən məzənnə rejiminə keçidi xarici valyutada ifadə edilmiş xərclərin nisbətsizliyinə gətirib çıxarıb”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, dünyada baş verən proseslər istənilən halda Azərbaycan iqtisadiyyatına təsir edir: "2016-cı il dövlət büdcəsinə dəyişikliklərin edilməsinin əsas səbəbi onunla əlaqədardır ki, ölkə iqtisadiyyatı müəyyən dərəcədə son vaxtlar bir neçə dəfə azalan neftin qiymətindən asılıdır".

Onun sözlərinə görə, son 15 ildə dövlət büdcəsinin proqnozlarına dəyişikliklər üçün səbəb yaranmayıb.

Deputat qeyd edib ki, Azərbaycanın gələcəkdə dövlət büdcəsinin gəlirlərini artırmaq üçün kifayət qədər potensialı var.

Azərbaycanın 2016-cı il dəqiqləşdirilmiş icmal büdcəsinin gəlirləri 15 738,6 milyon manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş büdcə ilə müqayisədə 981,5 milyon manat və ya 5,9 faiz azdır.


Bəzi nazirlərin parlamentdə iştirak etməməsi narazılıq yaratdı

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə nazirlərin və Nazirlər Kabinetinin üzvlərinin iştirak etməməsi ilə bağlı narazılığını bildirib.

O, bildirib ki, bugünkü müzakirələrdə iqtisadi bloka daxil olan nazirlərin heç biri iştirak etmir: "Bu gün büdcə yenidən müzakirə olunacaq. Amma iclasda iqtisadi blokdan heç bir nazir yoxdur. Ola bilər ki, kimsə ezamiyyətdə olsun. Büdcə Samir Şərifovun və ya Mərkəzi Bankın sədrinin büdcəsi deyil ki? Heç olmasa nazirlərin müavinləri iştirak etməli idi. Nazirlər Kabinetində 6 müavin var. Mənim onlara sualım var, amma heç biri burada yoxdur. Bu yanaşma dövlət başçısının yanaşmasına heç bir halda uyğun deyil. Hesab edirəm ki, onlar bura dəvət olunmalıdır”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, nazirlərin əksəriyyəti Prezident İlham Əliyev ilə birgə İrana rəsmi səfərdə iştirak edirlər: "Nazirlər Kabineti ilə bağlı dedikərinizlə isə razıyam”.


Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır

Qüdrət Həsənquliyev isə deyib ki, "Lənkəranda hava limanı tikiləndə dedim ki, onun yerinə orada velosiped zavodu tikilsin, hər il Azərbaycana 100 minə qədər velosiped gətirilir”.

Deputat bildirib ki, budcədə özəlləşdirmədən gələcək gəlir 100 milyon manat məbləğində müəyyən olunub: "Bu məbləğ çox azdır, özəlləşdirməyə daha böyük diqqət ayırmaq lazımdır. Regionlarda tikilmiş hava limanları da özəlləşdirilməlidir. Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır”.

Q.Həsənquliyev həmçinin futbol klublarına diqqətin artırılmasını təklif edib.

O bildirib ki, futbol klubları maliyyə çatışmazlığı səbəbindən bağlanır: "Biz buna imkan verməməliyik”.


Tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır

Millət vəkili Vahid Əhmədov isə deyib ki, ölkədə tez gəlir gətirən sahələrə diqqəti artırmaq lazımdır (APA). Millət vəkili deyib ki, kiçik və orta sahibkarlığın inkişafı sahəsinə diqqət artırılmalıdır: "Bununla bağlı, vergi və gömrük orqanlarından xahiş edirəm... Düzdür, son vaxtlar gömrük sistemində çox ciddi islahatlar aparılır. Xüsusilə, sərhəd zonalarında bunu görmək olar. Mən bunu çox müsbət addım kimi qiymətləndirirəm. Amma elə etməliyik ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında problemlər olmasın. Dövlət başçısının son vaxtlar qəbul etdiyi sərəncamlar, fərmanlar, Milli Məclisin qəbul etdiyi bir sıra qərarlar bizə imkan yaradır ki, 2016-cı ildə də çətinliklərə baxmayaraq manatın növbəti devalvasiyasından qaçaq və 2016-cı ildə də Azərbaycanın iqtisadi inkişafını uğurla davam etdirək".

V. Əhmədov əlavə edib ki, yenilənmiş dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə 86 mln. manatın ayrılması nəzərdə tutulub. Millət vəkili hesab edir ki, bu, olduqca azdır: "Çünki, kənd təsərrüfatında, xüsusilə emal və suvarma sahəsində problemlər həddən artıq çoxdur. Taxtakörpü su anbarı, Şəmkirdə böyük su anbarının inşa edilməsinə baxmayaraq, rayonların su təminatında çox ciddi problemlər var. Mən belə hesab edirəm ki, Azərbaycan hökuməti suvarma ilə bağlı xüsusi proqram işləyib hazırlamalı və qəbul etməlidir. Əks təqdirdə biz kənd təsərrüfatında ciddi irəliləyişə nail ola bilmərik”.

V. Əhmədov əlavə edib ki, hökumət ipotekaya ayrılan vəsaitin artırılması istiqamətində də işləməlidir. Onun sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsində ipotekaya 50 mln. manatın ayrılması nəzərdə tutulub: "Bundan başqa, prezident İlham Əliyevin ipotekaya daha 200 milyon manatın artırılması barədə də tövsiyəsi var. Hökumət bu məsələyə baxmalıdır".


2016-cı ilin yenilənmiş dövlət büdcəsi

Müzakirələrdən sonra 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən, dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16,822 milyard manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş proqnozlardan 15,5 faiz çoxdur.

Xərclər 18,495 manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək.

Dövlət və icmal büdcələrin parametrləri 1 barel neftin 25 dollar səviyyəsində dəqiqləşdirilib.


"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər qəbul edildi

İclasda "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər də qəbul edilib. Dəyişikliklərə müvafiq olaraq rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığım tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdı.

Milli Məclisin sədri Prezidentin qaytardığı "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanunu Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, Prezidentin "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanunun məqsədəuyğun olmaması barədə təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Yeni dəyişikliklərə əsasən, əməliyyatların həcminin 20 faizi miqdarında icbari yığım rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslər tərəfindən (banklar və sığorta şirkətləri istisna olmaqla) birbaşa investisiyalar, qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin, eləcə də daşınmaz əmlak hesab olunan əmlaka görə haqqın əldə edilməsi üçün çıxarılan xarici valyutaya aid edilir.

Bundan başqa, dəyişikliklərə əsasən, rezident olan hüquqi şəxslər tərəfindən Azərbaycan şirkətlərinin xarici nümayəndəliklərinə, filiallarına və törəmə strukturlarına köçürmələr qismində çıxarılan xarici valyutaya ildə 50 min dolları üstələyən məbləğin 20 faizi miqdarında icbari yığım qoyulacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ