şənbə günü, 07 noyabr 2026
     

Prezident İlham Əliyev və xanımı "Milan Expo 2015" sərgisindəki Azərbaycan pavilyonunda "Milli gün" mərasimində iştirak ediblər

Image


İyulun 9-da "Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda "Milli gün” təşkil olunub. "Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva "Milan Expo 2015” sərgisinin ərazisinə gəldilər.

"Milan Expo 2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin builki devizinə uyğun olaraq Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji potensialını, flora və faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm edir. Bu layihənin hazırlanması üçün 300-dək yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılmışdı.

Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq "Mirroring Baku” - Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Həmçinin paytaxt Bakının sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. "Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.

Azərbaycan pavilyonunda əvvəlcə Bakı ilə videoəlaqə yaradıldı. Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəbbət Mehdiyeva Prezident İlham Əliyevi salamladı.

Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. "Milan Expo 2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verildi.

Pavilyonda qurulmuş üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyin, həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir. "Milan Expo 2015” üçün yaradılmış "Azərbaycan. Biomüxtəliflik xəzinəsi” pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan bu diyarın bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. "Mədəniyyətlərin kəsişməsi” biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer – "Biomüxtəliflik” ölkənin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzdəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Növbəti biosfer "İnnovasiya və ənənə” adlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.

Pavilyonun birinci mərtəbəsi "Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. İkinci mərtəbədə - "Rənglər simfoniyası”nda iqlim, landşaft və bioloji müxtəliflik məlumatları çatdırılır. "Dadlar simfoniyası” adlanan üçüncü mərtəbədə milli mətbəx və orqanik qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Bu mərtəbədə, həmçinin "Bakını kəşf et” və "Azərbaycan simaları” bölmələrində fotolar, xəritələr, müxtəlif sahələri təmsil edən azərbaycanlıların portretləri vasitəsilə ölkəmiz və insanlarımızla interaktiv tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda əksini tapıb. Bundan əlavə, pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Pavilyonun dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx və müxtəlif konsert proqramları təqdim olunur.

Milli pavilyonun həyətində yaradılan IDEA - Biomüxtəliflik parkında IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif ekoloji layihələr təqdim olunur və əyləncəli proqramlar təşkil edilir.

Azərbaycanda biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli, milli təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsi istiqamətlərində görülmüş işlər də pavilyonumuzun daxili tərtibatında əks olunub. Qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün bu günədək müxtəlif ssenarilər hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaft, sosial inkişaf, ixrac və infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və geni modifikasiya olunmuş (GMO) məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar sərgi davam etdiyi müddətdə milli pavilyonumuzda təqdim olunacaq və ziyarətçilərin ölkəmizlə vizual tanışlığını təmin edəcək.

"Milan Expo 2015”ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən bu ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər şəhər və rayonlara dəfələrlə səfərlər təşkil edilib.

Sonra xatirə şəkli çəkdirildi.

"Milan Expo 2015” Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər. Ölkəmizin bu uğurları səbəbindən Ermənistan "Milan Expo 2015”də iştirakdan imtina edib.

Daha sonra Prezident İlham Əliyev "Milan Expo 2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak etdi. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi və dövlət bayraqları qaldırıldı.

"Milan Expo 2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino çıxış etdi.

Sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış oldular.

İtaliyanın milli pavilyonun əsas konsepsiyası cəmiyyətin rifahının yüksəldilməsi, torpağın münbitliyinin artırılması üçün insanların istedadından səmərəli istifadəni, ətraf mühitin mühafizəsini ehtiva edir. Burada ziyarətçilər ölkənin zəngin mədəni irsi ilə tanışlıq və incəsənətinə daha yaxından bələd olmaq imkanı əldə edirlər. Pavilyonda, həmçinin İtaliyanın gözəlliyinin əsas ruhu olan füsunkar təbiət və möhtəşəm memarlıq abidələri ziyarətçilərin marağına səbəb olur.

"Milan Expo 2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. "Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək.

"Expo” ümümdünya sərgisi, həmçinin izləyici sayına, miqyasına görə məşhurdur. Bu il Milanda təşkil olunan sərgi hələ fəaliyyətə başlayana qədər - mayın 1-dək 11 milyondan çox bilet satılıb. Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.

Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazdı.

Xatırladaq ki, ümumdünya "EXPO” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ