Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə gəliblər.