"Araz" radiosu "Sputnik-Azərbaycan" xəbər agentliyi ilə əməkdaşlığa dair bəyanat yayıb. Trend-ə daxil olan bəyanatda deyilir:
"Son vaxtlar bəzi KİV-lərdə "Araz" radiosunun "Sputnik-Azərbaycan" xəbər agentliyi ilə əməkdaşlığına dair radiomuzun reputasiyasına zərbə vuran xəbərlərin yayılmasını nəzərə alaraq bəyan edirik ki, bütün yazılanlar həqiqətə uyğun deyil və tərəfdaşlıq prinsipləri ilə bir araya sığmır. "Araz" radiosu "Novosti-Azərbaycan" agentliyinin təsisçisi olduğu "Sputnik-Azərbaycan"la gündəlik xəbərlərin hazırlanmasında əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkənin bir çox xəbər agentlikləri ilə də mövcuddur. Münasibətlərimiz xəbərlərin hazırlanmasında eksklüziv materiallarda "Sputnik-Azərbaycan"a istinadla kifayətlənir".