şənbə günü, 07 noyabr 2026
     

Səfir: “Saakyana Britaniyanın rəsmi şəxsləri ilə görüşmək imkanı verilməyəcək”

Image


Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana təminat verib ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyana Londonda bu ölkənin rəsmi şəxsləri ilə görüşməsi üçün imkan verilməyəcək. Bunu Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunun (The Royal Institute of International Affairs) təşkil etdiyi tədbirdə iştirak etmək üçün qondarma "Dağlıq Qarabağ" rejiminin rəhbərinin Londona səfərini şərh edərkən deyib.

Böyük Britaniya XİN B.Saakyanın Londona səfəri ilə bağlı mövqeyini Azərbaycan səfirliyinə təqdim etdiyi cavab məktubunda izah edib.

Səfir bildirib: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycan tərəfinin tanınmamış separatçı rejimin lideri olan, eləcə də bəşəriyyətə qarşı kütləvi cinayətlərdə, o cümlədən soyqırımda özünü ləkələyən şəxsin Böyük Britaniyaya səfəri ilə bağlı narahatlığını ifadə edib. Məktubda ikitərəfli münasibətlərin müsbət məqamları qeyd edilməklə və Azərbaycanın əməkdaşlığın gələcək inkişafına sadiqliyi ifadə olunmaqla, eyni zamanda, bu cür səfərin Krallığın nüfuzuna kölgə sala biləcəyinə dair narahatlıq bildirilib. Səfirlik, həmçinin Britaniya tərəfinin Bako Saakyana Birləşmiş Krallığın rəsmi şəxsləri ilə hər hansı görüşlərin keçirilməsi üçün şərait yaradılmayacağına dair təminatlar verməsini xahiş edib”.

T.Tağızadənin sözlərinə görə, Böyük Britaniya XİN-in cavab məktubunda bir neçə məqam qeyd edilib: "Birləşmiş Krallıq özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejimini tanımır və bu mövqeyinin dəyişdirilməsi ilə bağlı planları yoxdur; Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eləcə də münaqişənin ATƏT-in prinsipləri əsasında həllinə sadiqdir. Böyük Britaniya XİN, həmçinin vurğulayıb ki, "Chatham House” tədbirinin nazirliklə heç bir əlaqəsi yoxdur, çünki institut qeyri-hökumət təşkilatıdır”.

Diplomat diqqətə çatdırıb ki, səfirlik daha əvvəl "Chatham House” rəhbərliyinə məktub göndərib: "Səfirlik məktubda Azərbaycan və Böyük Britaniya münasibətlərinin, eləcə də Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələrini, analitiklərini Londona dəfələrlə dəvət etmiş institutla əlaqələrin inkişafını vurğulayıb. Biz, həmçinin qeyd etmişik ki, "Chatham House”un özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejiminin liderinin Londona səfəri zamanı çıxış etməsi üçün ona tribuna verilməsi qərarı qəbuledilməzdir və anlaşılan deyil. Qeyd edilirdi ki, azad debatlar separatçılığa haqq qazandırmamalıdır. Diplomatik missiya, həmçinin vurğulayıb ki, Kral Beynəlxalq Münasibətlər İnstitutunun mövcud beynəlxalq nüfuzu Londona səfər edən separatçı rejimlərin liderləri üçün piar-imkanın yaradılması kimi belə düşünülməmiş addımların nəticəsində təhlükə altına salınmamalıdır”.

İnstitut rəhbəri cavab məktubunda Azərbaycanla əməkdaşlığı davam etdirmək, Azərbaycanın mövqeyini təqdim etmək üçün ölkənin rəsmi şəxslərinə və analitiklərinə platforma təqdim etmək niyyətini qeyd edib.

T.Tağızadə deyib: "Saakyanın səfərinə gəlincə, institut qeyd edib ki, onun Londona səfəri rəsmi xarakter daşımır. İnstitut anlayır ki, "siyasi cəhətdən ziddiyyətli fiqurlar”a bəzən dəvət göndərir və çıxış etmək imkanı verir. Bununla da institut Saakyanı "ziddiyyətli fiqur” adlandırıb”.

Səfirin sözlərinə görə, eləcə də institut saytdan tədbir barədə məlumatı silib. İnstitut rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin münaqişə ilə bağlı mövqelərini bildirməsi üçün onları dəvət etmək niyyətini və arzusunu bəyan edib.

Diplomat əlavə edib: "Separatçı Dağlıq Qarabağ rejiminin liderinin iştirak etdiyi tədbirə gəlincə, orada təqribən 40 nəfər iştirak edib, onların 20-dən çoxu Ermənistanın Böyük Britaniyadakı səfirliyinin, Ermənistan QHT-lərinin və regionla əməkdaşlıqda maraqlı olan bəzi şirkətklərin nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin nümayəndələridir".

Onun sözlərinə əsasən, B.Saakyanın çıxışı olduqca ağır təəssürat yaratdı: "O, erməni dilində tərcümə ilə çıxış etdi ki, bu da çox uzun və cansıxıcı idi. Təşkilatçılar bu çıxışla bağlı narazılığı hər hansı yolla yüngülləşdirməyə çalışırdılar və buna görə də onun çıxışını turizmin, iqtisadiyyatın vəziyyəti və s. məsələlərlə bağlı sual-cavablarla məhdudlaşdırmağa cəhd edirdilər. Azərbaycan səfirliyinin və İngilis-Azərbaycan Cəmiyyətinin nümayəndələri sual və şərhlər verməyə nail oldular. Sual və şərhlər belə tədbirin keçirilməsinin və separatçı rejimin liderinin çıxışının yolverilməzliyi ilə bağlı olub. Səfirliyin və Böyük Britaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatlarının köməyi ilə institutun binası qarşısında aksiya da keçirildi. Aksiya Saakyanın səfərinə qarşı etiraz əlaməti olaraq videomateriallar, bannerlər, şüarlarla müşayiət olundu”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ