ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) iyulun sonunda regiona səfər edəcək. Bu barədə Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.
Bu yaxınlarda Vaşinqtonda həmsədrlərin görüşünü şərh edən diplomat qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nizamlanmasında vasitəçilərin səyləri müzakirə edilib.