Xarici İşlər Nazirliyi (XİN) Təbrizdə Azərbaycan vətəndaşının meyitinin asılmış vəziyyətdə tapılması xəbərinə münasibət bildirib.
Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 6 iyul 2015-ci il tarixində KİV-də yayılmış məlumata əsasən İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Cahannamə” mehmanxanasında bir nəfərin meyitinin asılmış vəziyyətdə tapıldığı və həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu bildirilib: "Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Təbrizdəki Baş konsulluğu İİR-in aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib".