"Son zamanlar şou proqramlarda belə bir dəb düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib.
Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır: "Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq”.