"Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”.
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev silah-sursat alınması və hərbi modernizasiya ilə bağlı Rusiya tərəfindən Ermənistana 200 milyon dollar məbləğində güzəştli kredit ayrılmasına münasibət bildirərkən deyib.
H. Hacıyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycan tərəfindən araşdırılır.