Onun sözlərinə görə, artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya "həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır: "Biz münaqişə zonalarında "status-kvo”nun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atmalıyıq. ATƏT və onun Parlament Assambleyası nə qədər ki, gec deyil hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əzabının davam etməməsi üçün təcili addımlar atılmalıdır”.