"Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq. O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: "Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.