şənbə günü, 07 noyabr 2026
     

Həsən Zeynalov Türkiyənin əyalət universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı problemlərdən danışdı

Image


Təhsil almaq adı altında Türkiyədə yaşayan azərbaycanlı gənclərlə bağlı məsələ artıq rəsmi strukturları hərəkətə keçirib. Məlumata görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da bu istiqamətdə apardığı araşdırmaların nəticələrini respublikanın müavfiq dövlət qurumlarına təqdim edib. Hazırda həmin tələbələrin dərslərə davamiyyəti və tədrisdəki uğurları, məşğuliyyətləri, onların gələcək taleyi müzakirə edilir.

Yaranmış problemlə bağlı Strateq.az-a eksklüziv müsahibə verən ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov bir sıra azərbaycanlı gəncin Türkiyədə xoşagəlməz hallara yol vermələrindən, müxtəlif radikal qruplara qoşulmalarından narahatlığını dilə gətirib:

- Son iki ildə Türkiyəyə özəl şirkətlər vasitəsilə təhsil almağa gələn azərbaycanlı tələbələrin sayı xeyli artıb. Təkcə son il ərzində Azərbaycandan Türkiyəyə 6 min nəfərdən artıq tələbə gəlib. Onların əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçməyənlərdir. Bu sayda gəncimiz attestatlarını götürüb gəlib burada hansısa universitetlərə daxil olubsa, deməli, bunu təşkil edənlər var. Gənclərimizin çoxu əsasən, əyalətlərdəki ali təhsil müəssisələrinə qəbul olunurlar. Bunun da bir neçə səbəbi var. Başlıca səbəblər isə mərkəzdə qəbul şərtlərinin sərtliyi və xarici tələbələr üçün kvotaların az olmasıdır. Ona görə də həmin özəl şirkətlər "münbit yerlər” axtarırlar. Bununla bağlı yaranmış problemlərlə Azərbaycandakı dövlət qurumları çox ciddi məşğuldurlar. Yəqin ki, araşdırmaların nəticəsi olaraq, hər hansı sənəd də qəbul ediləcək. Onu da vurğulamaq istəyirəm ki, heç kim azərbaycanlı gənclərin xaricdə təhsil almasının qarşını almaq niyyətində deyil. Sadəcə olaraq, o proseslərdə baş verən bəzi neqativ halların qarşısını almağa, bu işləri nizama salmağa zərurət var. Təhsil almaq niyyətilə bura gələn tələbələrimizin məqsədi bəllidir. Amma bizim müşahidələrimiz göstərir ki, bir çox hallarda əksər tələbələrimiz dərsə gəlmirlər, dərslərdən müsbət qiymət almırlar, əksəriyyəti "0” bal alır və beləliklə də ya kursda qalırlar ya da həmin fənndən kəsirləri qalır. Bu proses bəzən illərlə davam edir. Biz həmin gənclərlə bağlı vaxtaşırı təbliğat işlərinin aparılması məsələsini qaldırmışıq.

- Həsən müəllim, xüsusilə özəl şirkətlərin xətti ilə Türkiyəyə gedən tələbələrin orada ölkənin imicinə xələl gətirən işlərlə məşğul olması, müxtəlif radikal terror qruplarına qoşulmaları təsdiqlənir. Bununla bağlı nələr söyləyə bilərsiniz?

- Biz, Baş Konsulluq olaraq, xidmət dairəmizdə olan universitetlərdə təhsil alan tələbələrlə mütəmadi əlaqə saxlayır, onların dərsləri və məişəti ilə maraqlanırıq. Bilirsiniz ki, dövlətimizin də xaricdə təhsil alan tələbələrə diqqət ayrılması ilə bağlı konkret tapşırıqları var. Odur ki, biz bu sahəni xüsusi həssaslıqla nəzarətdə saxlayırıq. Baş Konsulluğun bir əməkdaşı bu istiqamət üzrə məsuldur. Bununla yanaşı məlumdur ki, 2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı mövcuddur və bu xəttlə də xaricdə təhsil almağa gəlmiş xeyli sayda tələbə var. Məhz dövlət başçımızın bu sahəyə verdiyi önəmin və qayğının təzahürüdür ki, xaricdə təhsil alan tələbələrin problemləri ilə məşğul olmaq məqsədilə 2012-ci ildə bir sıra səfirliklərimizin nəzdində təhsil müşavirliyi yaradılıb. Hesab edirəm ki, həmin müşavirliklərin fəaliyyətləri konsulluqlarla sıx əlaqələndirilmiş qaydada həyata keçirilməlidir. Təəssüf ki, hal-hazırda bizim bu sahədə müəyyən problemlərimiz mövcuddur. Ümidvaram ki, bu problemlər öz həllini tezliklə tapar və tələbələrimizlə bağlı vəziyyətə nəzarət müasir tələblərə cavab verəcək şəkildə qurular.

Bizim narahatçılığımız ondan ibarətdir ki, gənclərimiz siyasi fəaliyyətə, arzuolunmayan bəzi cərəyanlara və qruplara qoşulmasınlar. Biz istərdik ki, onlar mükəmməl təhsil alaraq keyfiyyətli mütəxəssis kimi ölkəmizə geri dönsünlər və aldıqları təhsilin bəhrəsini həm özləri, həm də dövlətimiz görə bilsin.

- Biz də bunu istəyirik. Media qurumları da dediyiniz arzuolunmaz halların qarşının alınmasına yardımçı olmağa çalışır...

- Mən mətbuatı izləyirəm və görürəm ki, bəzən bu və ya digər tədbirlər, irəli sürülən təşəbbüslər yanlış anlaşıla bilir. Haqqında bəhs etdiyimiz məsələni də bəziləri elə qələmə verdi ki, guya, gənclərin xaricdə təhsil almasının qarşısı alınmağa çalışılır. Əslində isə bu, belə deyil. Bir az əvvəl mən gənclərimizin xaricdə təhsil almasını təşviq etmək məqsədilə dövlətimizin atdığı addımları qeyd etdim. Onlar üçün bütün şərait yaradılıb. Bununla belə, gərək gənclərimiz də getdikləri yerlərdə nizam-intizama hörmət etsinlər, miqrasiya qaydalarını pozmasınlar. Hesab edirəm ki, istənilən şəxs hər-hansı məqsədlə öz ölkəsindən başqa bir ölkəyə gedirsə və uzun müddət orada qalırsa, mütləq konsulluq qeydiyyatından keçməlidir. Əfsus ki, bizim əksər gənclərimiz bunu etmirlər. Biz isə çalışırıq ki, onlar qeydiyyatdan keçsinlər çünki bu, onların özləri üçün faydalıdır. Belə bir qeydiyyat sistemi tətbiq edilərsə bu, bizə həmin tələbələrin gələcəkdə ortaya çıxan müəyyən problemləri ilə məşğul olmağa, onların hüquqlarını müdafiə etməyə yardım edər, işimizin səmərəsini artırar.

Azərbaycanda fəaliyyət göstərən və xaricdə təhsil imkanları təklif edən bəzi özəl qurumlar gənclərin məlumatsızlığından istifadə edərək, onlardan gəlir mənbəyi kimi yararlanırlar. Mətbuatda müxtəlif şirnikləndirici reklamlarla onları yoldan çıxarırlar. Gənclər də həmin reklamlara inanaraq müxtəlif ölkələrin əyalət universitetlərində oxumağa gedirlər.

- Bəs həmin şirkətlər kimindir? Onların arxasında kimlər durur? Bu barədə sizdə məlumatlar varmı?

- Bizdə belə məlumatlar yoxdur. Universitetlərə attestatla tələbə qəbulu aparan şirkətlər burada da, Azərbaycanda da var. Hazırda bu istiqamətdə ölkəmizin müvafiq qurumları tərəfindən araşdırma aparılır. Məqsəd hansısa şirkətin işinə maneə törətmək deyil, həmin şirkətlərin öz fəaliyyətini müəyyən qaydalara, meyarlara əsasən həyata keçirilməsini təmin etməkdən ibarətdir. Məsələn, fikrimcə, gənclər hansısa təhsil müəssisəsində təhsil almağa göndərildikdə mütləq onların bilik səviyyəsi yoxlanılmalıdır. Bunu etmədən, yəni heç bir ilkin seçim, imtahan, müsahibə aparmdan bir tək attestatla ali məktəbə tələbə qəbul etmək nə dərəcədə doğrudur? Mənə elə gəlir ki, həmin özəl qurumlar bu xidmətləri göstərərkən öz fəaliyyətlərini TQDK ilə əlaqələndirsələr, məsələn, heç olmazsa, xaricə TQDK tərəfindən respublikamızda keçirilmiş qəbul imtahanlarında keçid balını toplamış lakin ali məktəblərə qəbul oluna bilməmiş gənclərimizi göndərsələr vəziyyət bu qədər acınacaqlı olmazdı. Lakin seçimsizlik və "pulunu ver, göndərim” prinsipi ilə işləmə bu durumun yaranmasına rəvac vermiş, belə bir problemin meydana gəlməsinə zəmin yaratmışdır.

Bu məsələlər tənzimlənməlidir və artıq dövlətimiz tərəfindən bu istiqamətdə ilk addımlar atılmış, Tədbirlər Planı təsdiq edilmişdir.

- Bayaq Siz də qeyd etdiniz ki, son illərdə Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbələrin sayı xeyli artıb. Sizcə, bu kütləvi axın nə ilə bağlıdır?

- Hesab edirəm ki bunun bir neçə səbəbi var. Əvvəla, Türkiyə-Azərbaycan münasibətləri və ölkələrimizin coğrafi, tarixi-mədəni və dil yaxınlığı ən başlıca amildir. İkincisi, Türkiyədə təhsilin səviyyəsi region ölkələrilə müqayisədə ölkəni müsbət mənada fərqləndirən amillərdəndir. Bütün bunların fonunda son illərdə Türkiyədə ali təhsil müəssisələrinin sayının xeyli artması, xüsusən əyalətlərdə universitetlərin açılması və xarici tələbələrin həmin universitetlərə sadələşdirilmiş qaydada qəbul edilməsi vətəndaşlarımızın marağını cəlb edib. Bəzi işbazların bu vəziyyətdən öz yararına istifadə etməsi isə bu halı kütləviləşdirib. Universitetlər də ildən-ilə xarici tələbələr üçün ayrılan kvotaların artmasını özlərinin imicinin yüksəlməsi kimi qiymətləndirir və bu prosesi hər bir vəchlə dəstəkləyir. Problem isə onda çıxır ki, imtahan və seçim keçmədən tələbə olmuş bir çox gəncimiz tədrisdə müvəffəqiyyətsiz olur və tədrisə sərf etməli olduğu vaxtını başqa işlərə sərf etməyə başlayır. Bununla yanaşı, kəsirlərlə kursdan-kursa keçən gənclərimiz əsgərlikdən yayınır, müxtəlif işlərlə məşğul olmağa, cərəyanlara meyl etməyə başlayır. Bunun isə hansı nəticələrə gətirib çıxardığı hamımıza məlumdur.

- Yeri gəlmişkən, bu günlərdə 3 azərbaycanlı gəncin PKK sıralarına qoşulması barədə videolar yayıldı. Bununla bağlı fikirlərinizi oxucularımızla paylaşarsınızmı?

- Bu məsələ üzrə hal-hazırda araşdırma aparılır. Lakin hesab edirəm ki, bu gənclərin həqiqətən də azərbaycanlı tələbələr olması öz təsdiqini taparsa, bu, olduqca xoşagəlməz haldır. Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Tələbə gənclərlə iş kompleks yanaşma tələb edir və əminəm ki, respublikamızın müvafiq qurumları ilə diplomatik nümayəndəlik və konsulluqlarımız arasında sıx əlaqələndirmə nəticəsində qarşıya çıxan bütün problemləri həll etmək mümkün olacaqdır.

- Gənclərimizə söyləmək istədiyiniz bir şey varmı?

- Bizim apardığımız araşdırma zamanı məlum olub ki, təkcə ötən il əyalət universitetlərinin birinə 600 nəfərə yaxın azərbaycanlı tələbə qəbul edilib. Araşdırmamız müəyyən etdi ki, onlardan 500-ə yaxını dərslərdə sistematik davamsızlıq göstərib və məşğələlərdə iştirak etməyib, birinci semestrin nəticələrinə görə imtahanlardan qeyri-kafi qiymətlər alıblar. Təəssüf ki, vəziyyət ikinci semestrdə də o qədər fərqli olmayıb. Belə olan halda onlar ya kursda qalacaqlar yaxud da kəsirlə növbəti kursa keçəcəklər, ola bilsin, kəsirləri verə bilməyib sonda geri dönəcəklər. Beləliklə də onlar burada qalmaqla sadəcə vaxtlarını itirəcəklər. Gənclərə sözüm odur ki, vaxtlarını boş işlərə sərf etməsinlər, diqqətlərini təhsilə, özünü yetişdirməyə və inkişafa yönəltsinlər. Onlar anlamalıdırlar ki, yalnız bu yolla həyatda müvəffəqiyyət qazanmaq, ölkənə layiq vətəndaş olmaq olar. Bizim borcumuz isə onlara qayğı göstərmək, yanlış yollardan çəkindirməkdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ