şənbə günü, 07 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İctimai və dövlət maraqlarının müdafiəsi - ictimaiyyətin prioritet vəzifəsi...
Tarix: 02.07.2015 / 02:07
Bölmə: Gündəm
Ortaq həyatını və mədəniyyətini paylaşan bir cəmiyyət formalaşdıqda onu nizamlayan, həyat və şəraitini yaxşılaşdıran, təhlükəsizliyini təmin edən, daxili sabitliyinə qarant olan qayda-qanunlar tətbiq edən bir quruluşun yaranması zərurəti meydana gəlir ki, bu quruluşun adına dövlət deyilir. Dövlətçiliyin yaranma tarixi çox qədimlərə, az qala bəşəriyyətin özünüdərk tarixinə qədər gedib çıxır.
Vaxtilə marksistlər dövlətin xəyali "mədəni təkamül" prosesinin nəticəsi kimi sonradan ortaya çıxan mexanizm olduğunu iddia edirdilər. Onların məntiqinə görə, ilkin cəmiyyətlərdə dövlət və ya buna bənzər quruluş olmayıb, insanlar yalnız təkamül nəticəsində belə bir quruluşun yaranmasına nail olublar. Lakin bu iddia özünü qətiyyən doğrultmayıb. Belə ki, arxeoloji tapıntılar heç bir halda bu qənaəti bölüşmür və bunun tam əksi olaraq, hətta ən qədim mədəniyyətlərin belə, dövlətçilik ənənəsinin olduğunu faktlarla təsdiq və sübut edir. Bütün bu nəticələrə dayanaraq dövlətçiliyin bəşər tarixi ilə həmyaşıd olduğunu əminliklə söyləyə bilərik. Əslində bu bir qanunauyğunluqdur. Yəni insanın mahiyyətində ona məxsus olanı qoruma instinktinin də az qala bəşər tarixi ilə həmyaşıd olduğu faktdır. Bu halda dövlətinin təəssübkeşi olmaq kimi yüksək insani keyfiyyətin də mayasında məhz bu instinktin durduğunu demək mübaliğə sayılmamalıdır. Təsadüfi deyil ki, hətta ən qatı iqtidar-müxalifət barışmazlığı yaşanan ölkədə belə, dövlətin təhlükəsizliyi, milli maraqların müdafiəsi və ya digər bu kimi ölkə üçün taleyüklü məsələlər gündəmə gəldikdə onlar arasındakı baryer sanki arxa plana keçir, cəmiyyət iqtidarlı-müxalifətli problemin üzərinə gedərək onu çözməyə çalışır. Öz növbəsində dövlət də ölkənin asayişi, cəmiyyətin sağlamlığı, təhsili, mədəniyyəti kimi sahələri özünün prioritet vəzifəsi elan edib xalqın mənafeyi naminə çalışır ki, bu sahədə yüksək nəticələrin əldə olunması onun vətəndaşında milli təəssübkeşlik, öz dövlətinə minnətdarlıq hissi formalaşdırır və razılaşaq ki, dövlətin idarə olunmasında sözügedən məsələ çox önəmli faktor kimi çıxış edir. Bu faktın nəzərə alınması əslində dövləti idarə edənlərin başlıca vəzifəsi olmalıdır. Çünki istənilən ölkədə sabitliyin qarantı xalqdır və sabitliyin daimi olması üçün ilkin şərt onun mövcud hakimiyyətin yürütdüyü istər daxili, istərsə də xarici siyasətdən razı qallması və onu dəstəkləməsidir. Dövlət hər iki istiqamətdə xalqın maraqlarını təmin edən, onun gələcəyinə təminat verən siyasət yürüdürsə, ölkədə asayiş bərqərar olur. Bu işdə isə təkcə ayrı-ayrı fərdlərin və ya toplumların deyil, ümumən vətəndaş cəmiyyəti institutlarının üzərinə ciddi məsuliyyət qoyulur. Çünki reallıqda birbaşa toplumla işləyən dövlət deyil, məhz belə institutlardır. Bu institutlar isə fəaliyyətini elə istiqamətdə qurmalıdır ki, həm dövlətin, həm də cəmiyyətin maraqları təmin olunsun. Lakin bu zaman təəssüf ki, bəzi hallarda bu maraqlardan yan keçmələr də özünü göstərir. Bu da əslində təbii prosesdir. Qloballaşan dünyamızda dünya ağalığı uğrunda savaşın müasir texnologiyalar əsrinin gəlişi ilə daha geniş miqyas aldığı faktdır. Bu güclər isə xırda dövlətlərin güclənməsində qətiyyən maraqlı olmadığından, belə ölkələrin daxilində pozuculuq fəaliyyəti göstərmək, beləliklə də onun başını daxili problemlərinə qatmaqla inkişafının önünü kəsməyi, beləliklə də onu bir növ özlərindən asılı vəziyyətə salmağı hədəfləyir ki, bu missiyalarının həyata keçməsində də onların köməyinə müxtəlif beynəlxalq təşkilatlardan maliyyələşən qeyri-hökumət təşkilatları gəlir. Dediklərimizin konkret təzahürünü elə bugünlərdə - Bakının İlk Avropa Oyunlarına ev sahibliyi etməklə dünyanın diqqət mərkəzinə çevrildiyi ərəfədə gördük. Təbii, bu fikri heç bir halda ümumiləşdirərək işlətmək olmaz. Faktdır ki, istər əhalinin sadə təbəqəsi, istərsə də müxtəlif vətəndaş cəmiyyəti institutları Azərbaycanın bu beynəlxalq yarışmaya ev sahibliyi etməklə hansı dividendlər əldə etdiyi və dünyada nüfuzunun necə qalxdığının fərqindədir və bundan qürur duyur. Amma daxilimizdə hansısa Şultslara, Lunaçeklərə dəstək verənlər, onlara "donos" ötürənlər də tapıldı ki, ümumi işə heç bir zərər vura bilməsələr də, zaman-zaman ovqatın korlanmasına, əsəbi mühitin yaranmasına səbəb oldular. Bununla belə, istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə ümumi ovqatın təhlili göstərir ki, bu ərəfədə vətəndaşlarımız böyük ruh yüksəkliyi yaşadı, Azərbaycanın uğurlarına ürəkdən sevindi, əcnəbilərin Bakı haqqında səsləndirdiyi xoş təəssüratlardan həqiqi mənada qürur duydu. Bunun təsdiqini görmək üçün uzun-uzadı sorğular keçirməyə ehtiyac yoxdur, həmin günlərdə sosial şəbəkələrə vizual nəzər salan hər kəs dediklərimizin təsdiqini gördü. Bütün bunlar isə istər ictimai, istərsə də dövləti maraqların müdafiəsi baxımından önəmli hal sayılmalıdır. Məhz bu maraqların ümumilikdə qorunmasının nəticəsidir ki, bədxahlarımızın Avropa Oyunlarına pəl vurma planları fiaskoya uğradı. Hətta Oyunların keçirildiyi günlərdə mütəxəssislər bir məqama da diqqət çəkdi ki, son vaxtlar sanki artan mənfi tendensiyaların- ailə-məişət zəminində baş verən faciələrin, xırda xuliqanlıqların, intiharların statistikasında Avropa Oyunlarının başlaması ilə minimum həddə qədər azalma müşahidə olundu ki, bu da əslində xalqımızın istər dövlətin, istərsə də ictimai maraqların müdafiəsində vətəndaş təəssübkeşliyi göstərdiyinin nəticəsidir. Əslində burada təəccüblü bir şey də yoxdur: qonaqların Azərbaycanı ağızdolusu tərifləməsindən köksü qabaran, bu barədə eşitdiklərini ətrafı ilə sevinclə bölüşən sadə vətəndaş ölkəsini ona mənfi cəhətdən göstərməkdə nə dərəcədə maraqlı ola bilər? Yaxud ölkə idmançılarının hər artan medalı barədə xəbəri sosial şəbəkələrdə xüsusi şövqlə paylaşan, hər alınan medalın ardından səslənən Dövlət himnimizi gözü yaşaracaq dərəcədə həyəcanla dinləyən hansı vətəndaş ölkənin adı üzərinə kölgə düşməsinə razı olar? Bütün bu məsələlərin kökündə isə özünün və ailəsinin təhlükəsizliyi, rifahı baxımından dövlət təminatına güvənən vətəndaşın dövləti maraqların qorunması missiyasına sadiqlik hissinin durduğu şübhəsizdir. Əks halda nə baş verərdi? Nüfuzdan düşmüş və bununla da xalqın dəstəyindən əli üzülmüş bir ölkə təsəvvür edin. Bu ölkədə anarxiyanın, başıpozuqluğun yaranması labüddür. Bunun ardınca isə həmin ölkənin çökməsində bu və ya digər səbəbdən maraqlı olan qüvvələr hərəkətə keçir və ilanı Seyid Əhməd əli ilə tutmağa adət etmiş bu güclər ölkənin içində seyid əhməd axtarışına çıxır. Daxildən çıxmış bu qüvvələr isə xalqın həssas nöqtələrini yaxşı bildiyindən, kütləni qızışdırmaq onlar üçün çətin olmur və nəticədə ölkədəki sabitliyin sonu gəlir. Lakin gəlin görək, bu təlatümlərin ardından həmin güclər tərəfindən xalqa vəd verilən "işıqlı gələcək" ona "qızıl sinidə" təqdim olunurmu? Təbii ki, bütün deyilənlər xəyal olaraq qalır, qan-qadalar hesabına başa gələn bu proseslərdə isə udan yalnız beynəlxalq güclər olur. Bu mövzuda çox sərrast deyilmiş bir ifadə var: "İnqilabı fanatlar edir, qazanan siyasətçilər olur". Elə yaxın keçmişdə Əfqanıstanın, İraqın və digər ərəb ölkələrinin timsalında dediklərimizin konkret isbatını görmüşük və hazırda təlatüm yaşayan bir çox ölkələrdə hələ də müşahidə etməkdəyik. Prosesin adını "ərəb baharı" qoyaraq sadə vətəndaşlara "güllü-çiçəkli bahar" vəd edən bu siyasətbazlar sonda onlara hansı həyatı verdilər? Dağılmış şəhərlər, yerlə yeksan olmuş məmləkət, sayı milyonlarla ölçülən qaçqınlar ordusu. Üstəlik, qan-qada görmüş, dəhşətlər yaşamış uşaq və yeniyetmələrin bütöv bir nəslinin psixoloji məhvi! Halbuki, sadə vətəndaşa bütün bunlar lazım deyildi, o yalnız azad, firavan və ən əsası - dövlətin vətəndaşının təhlükəsizliyinə qarant durduğu bir ölkədə yaşamaq istəyirdi.
Bütün bunlar tarixin sınağından çıxmış həqiqətlərdir və onu diqtə edir ki, insanlar yaşadığı ölkənin təəssübünü çəkməli və onun maraqlarının qorunmasında yardımçı olmalıdır. Təbii, normal cəmiyyətlərdə xalqın sosial aspektdə hansısa narazılığı, dövlətindən umacağı ola bilər, lakin bu tələbləri səsləndirməyin də sivil formaları var və heç bir halda vətəndaşa əsas vermir ki, buna görə ölkəsinin maraqlarını hansısa Lunaçeklərə güzəştə getsin.
Maraqlıdır ki, "Ərəb" baharı sindromundan ciddi nüfuz enişi ilə çıxan ABŞ-ın bu "missiyasını" davam etdirmək təşəbbüskarlığını bu dəfə Avropa dövlətləri öz üzərinə götürməkdədir. Bu ölkələr arasında isə Almaniya konkret Azərbaycana münasibətdə xüsusi canfəşanlığı ilə seçilir. Hələ 2011-ci ildə - Bakı "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə hazırlaşanda Almaniya QHT-ləri, mediası və bəzi hallarda rəsmi şəxsləri Azərbaycana qarşı aqressiv davranmağa başladılar. O zaman ekspertlər bunu daha çox iqtisadi amillərlə izah edirdilər. Lakin Avropa Oyunları ərəfəsində bu aqessiyanın yeni dalğa ilə hərəkətə keçməsi göstərdi ki, iqtisadi amil məsələnin yalnız görünən tərəfidir, əsl mətləb isə daha dərindədir. Politoloqlarin fikrincə, bu, birmənalı olaraq Avropa İttifaqının lokomotivi sayılan Almaniyanın Azərbaycanı öz təsir dairələrində görmək istəyilə bağlıdır. Lakin istənilən halda, təəssüfləndirici məqam odur ki, xarici dövlətlərin digər ölkələrə bu tip ambisioz yanaşmalarında ölkənin içindən çıxan bəzi psevdovətənpərvərlərin "əməyi" az olmur. Belələri "demokratiya" çağırışları ilə nə qədər pərdələnməyə çalışsalar da, əslində onların Vətənə deyil, maliyyələşdikləri dairələrə xidmət etdiklərini əlavə isbata ehtiyac yoxdur. Bu isə təkcə dövlətin deyil, eyni zamanda ictimaiyyətin də maraqlarının xarici parıltıya satıldığını deməyə ciddi əsaslar yaradır ki, bunun da adı milli xəyanətdir.
Lakin bütün bu neqativ məqamlara baxmayaraq, Azərbaycan özünün fədakar, vətənpərvər oğul və qızları ilə fəxr edə bilər. Yenə də son günlərin ən mühüm hadisəsi olan İlk Avropa Oyunlarına qayıdıb demək istəyirəm ki, bu həyəcanlı günlərdə, Prezidentindən tutmuş sıravi vətəndaşına kimi, hər kəs istər ölkənin idman şərəfinin, istərsə də beynəlxalq imicinin qorunmasında əlindən gələni etdi. Bu özünü istər könüllümüzün yıxılmaqda olan Polşa atletini xilas etməsində, istər asayiş keşikçilərinin və xidmət sektoru işçilərinin fəaliyyətində, istərsə də qanında-canında Şərq qonaqpərvərliyinin elementlərini daşıyan sadə vətəndaşın səmimi davranışlarında aydın şəkildə göstərdi ki, bütün bunlar ümumən insanlarımızın öz dövlətinin təəssübünü necə çəkdiyini, onun maraqlarını nə dərəcədə canıyananlıqla qoruduğunu bir daha gözlər önünə sərdi.
Artıq bu beynəlxalq tədbir arxada qaldı. Qonaqlar Bakını tərk etdi. Lakin bu son deyil, başlanğıc oldu. O səbəbdən başlanğıc oldu ki, dünyada bu günə qədər Azərbaycan haqqında mövcud olmuş təsəvvür kökündən dəyişdi. Bütün dünya bu yarışlarda Prezidentlə xalqın ünsiyyətini gördü, aradakı səmimiyyətin şahidi oldu. Qızıl medal qazanan idmançının Prezidentə əsgəri salam verməsini də, Prezidentin onu ayağa qalxaraq alqışlamasını da seyr etdilər, Qarabağ uğrunda savaşda gözlərini itirmiş idmançımızın qələbə sevincini də, Prezidentin onun sözünü yerə salmayıb ali kürsüdə onunla birlikdə dayanmasını da izlədilər. Məlum azlığın bu səhnələri izləyərkən nələr çəkdiyi bəllidir, amma çoxluğun bu səhnələrdən kövrəldiyini hər kəs gördü, yaşadı. Bununla dünyaya həm də onu göstərdik ki, öz aramızda nə qədər çəkişsək də, yalnız bərkişirik, dövləti və ictimai maraqlarımızın qorunmasını isə əsas vəzifəmiz bilirik və bu mövzuda heç kimə güzəştə getmirik!
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ