Mərkəzdən bildiriblər ki, Layihələr Koordinatorluğunun fəaliyyətinin davam etdirilməsinin imkanları ilə bağlı gələcək addımlara dair dialoqun davam etdirilməsinə baxmayaraq, təşkilat fəaliyyətin dayandırılmasına dair texniki proseslərə başlayıb.
Qeyd olunub ki, ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun mandatı 31 dekabr 2015-ci il tarixinədək qüvvədədir. Bu qərar ATƏT-in Daimi Şurasının 27 noyabr 2014-cü il tarixli iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.
Xatırladaq ki, Azərbaycan hökuməti ATƏT-in Bakıdakı Layihələr Koordinatorunun fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu barədə müvafiq məktub bu il iyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyindən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.