çərşənbə axşamı günü, 23 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əli Həsənov BDU-nun media konfransında beynəlxalq korporasiyaların planları barədə jurnalistlərə xəbərdarlıq etdi
Tarix: 30.06.2015 / 03:49
Bölmə: Gündəm
Böyük dövlətlər Azərbaycanı idarə etmək istəyirlər
Jurnalistlərimiz müstəqil şəkildə qərəzli yazılara tutarlı cavab verə bilir
Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan Azərbaycan Milli Mətbuatı-140: Əkinçi ənənələri və müasir jurnalistika mövzusunda elmi-praktik konfrans keçirilib.
Trendin məlumatına görə, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ilk olaraq I Avropa Oyunlarının çox uğurla baş tutduğunu xatırladıb: 17 gün ərzində baş verən yüksək nailiyyətlərin mediada düzgün işıqlandırılması Əkinçi qəzetindən bu günə qədər davam edən uğur idi. İştirak edən dövlətləri bir tərəfə qoyub, digərlərinə bütün baş verənləri nümayiş etdirmək düşünülən qədər asan deyil. I Avropa Oyunları da bu baxımdan gözəl şərait idi. Odur ki, dövlətçilik fikirlərini dünyaya düzgün şəkildə çatdırmaq lazım idi. Sevindirici haldır ki, bunun da öhdəsindən layiqincə gələ bildik. Bir sözlə, Azərbaycan bu gün Avropa müstəvisində özünü çox gözəl nümayiş etdirə bildi.
Rektor, həmçinin, Azərbaycanın yenidən müstəqilliyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən ölkədə söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən danışıb.
O deyib ki, ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb: Azərbaycan mətbuatının kadr hazırlığı, elmi müstəvidə mətbuatın formalaşdırılması əsas məsələlərdəndir ki, bizim universitetdə bu istiqamət hər zaman əsas götürülüb.
Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğunu deyən A.Məhərrəmov çıxışının sonunda mətbuat işçilərini təbrik edib.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.
Bu tədbirin BDU-da keçirilməsini təsadüfi saymayan Ə.Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.
Ə.Həsənov onu da qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, yubiley mərasimləri iyun-iyul və avqust aylarını əhatə edəcək: 3 ay müddətində paytaxt və rayonlarda milli mətbuatın 140 illik yubileyi qeyd olunacaq. Bu zaman kəsiyində mətbuatımızın inkişafı yada salınacaq, mətbuat tarixi təkrar şərh olunacaq. Tanınmış ziyalılar və mətbuatın inkişafında mühüm rolu olan ayrı-ayrı şəxslər yada salınacaq. Eyni zamanda, milli strategiya və platformamızı formlaşadıracağıq. Mətbuatın inkişafında mühüm nailiyyətlər əldə olunmalı və buna müvafiq olaraq jurnalistkanın bugünkü durumunu özündə əks etdirən strategiya hazırlanmalıdır. Elit təbəqə müasir geosiyasətdə yerimizi bilməli, kimlərlə qonşuyuq, xarici və daxili təzyiqlərin nədən qaynaqlandığını bilməlidir.
Müstəqil Azərbaycan mediasının faktiki olaraq təməlini qoyan şəxsiyyətin ulu öndər Heydər Əliyevin olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi Ə.Həsənov bildirib ki, senzuranın ləğvi də buna bariz nümunədir: Milli medianın banisi isə Həsən bəy Zərdabidir. Xalq Cumhuriyyətinin süqutundan sonra müstəqil ölkəmizin mediası yüksələn xətlə inkişaf edib. Müstəqillik illərinin başlanğıcında media sahəsində müəyyən böhran yaşandı. Bu zaman bəzi siyasi qüvvələr özlərinə müəyyən adda mətbuat yaradaq ayrı-ayrı siyasi qüvvələrin tərkibində dövlətimizə qarşı çıxış edirdilər. Lakin çox keçmədi ki, onlar da sıradan çıxdı.
Qanunvericilik sahəsində 1998-ci ildən bu günə qədər mühüm addımlar atılıb. 1995-ci ildə qəbul olunan konstitusiyada söz, fikir və mətbuat azadlığı müddəası yer aldı. 2000-ci ildə isə Mətbuat Şurası yaradıldı. Жurnalistika ilə bağlı normativ və hüquqi sənədləri məhz bu Şura qəbul edir. Nə qədər qərarlar qəbul edilsə də, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına geniş şəraitin yaradılması xüsusi qeyd edilməlidir. Mediaya güzəştli kreditlərin verilməsi, müəyyən vergilərdən azad edilməsi əsas amillərdən biri idi. 2008-ci ildən mediaya dövlət dəstəyi şəffaf şəkildə həyata keçirilməyə başladı. Çünki əvvəllər bu istiqamətdə müəyyən işlər görülsə də, işlər elə də şəffaf deyildi. Bu gün jurnalistikamız əhalinin informasiya almaq hüququnu tam ödəyir - deyə Ə.Həsənov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Ə.Həsənov onu da vurğulayıb ki, medaimızın işi bir çox dövlətlərin qəzəbinə səbəb olursa, deməli hər şey düzgün istiqamətdə gedir: Жurnalistlərimiz müstəqil şəkildə Azərbaycan problemlərinin altına öz çiyinlərini verib qərəzli yazılara tutarlı cavab verə bilir. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, Qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxış edərək həqiqəti qəbul etmək istəmirlər. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır.
Hər bir jurnalist unutmamlıdır ki, o eyni zamanda xalqı, milləti, dövləti təmsil edir. Gündəlik jurnalist fəaliyyətində vətənə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir - deyə Əli Həsənov konfransda bildirib.
Ə.Həsənovun sözlərinə görə, müasir dünyada o qədər çox standartlar yaranıb ki, nə nümunəsini Azərbaycanda yaymağa çalışdığımız Qərb, nə də digər bizə nümunə ola biləcək sistemlər bu gün, təəssüf ki, obyektiv gerçəklikdən çıxış edərək vahid standartlar çərçivəsində siyasət formalaşdırır.
PA rəsmisi deyib ki, bu gün dünyada baş verən proseslər heç də Qərb və digər ölkələrin mətbuatında yazıldığı kimi cərəyan etmir: Xalqların çoxu heç də terrorist, vəhşi deyil. Lakin son 10 ildə həmin dövlətlərin başına görün nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular. Xalqları, millətləri və etnik azlıqları necə bir-birinə qarşı qaldırdılar.
Ə.Həsənov bildirib ki, bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar: Təəssüf ki, bu gün dünyada çox standartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbaycan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Antiazərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan mediasının nümayəndələri bu gün kifayət qədər qüdrətə malikdirlər ki, onlara sinə gərsinlər və həmin qüvvələrə Azərbaycan xalqını çaşdırmağa imkan verməsinlər: Siz də bilirsiniz ki, onlar I Avropa Oyunları ərəfəsində bizim başımıza nə oyunlar açmağa çalışdılar?! Düzdür, onlar heç nəyə nail ola bilmədilər. Faktiki olaraq 3-5 adını hüquq müdafiəçisi qoyan təşkilat və şəxsdən başqa dünya ictimaiyyətini antiazərbaycan mövqeyinə qoşa bilmədilər. Onların kruqu maksimum 60-70 nəfəri əhatə edə bilir. Bu qədər şəxslə Qərb antiazərbaycan fəaliyyətini sistemli şəkildə həyata keçirmək istədi, ancaq istəyinə nail ola bilmədi. Sual ortaya çıxır ki, niyə onların dairəsi genişlənmədi? Çünki biz haqlı idik. Onlar haqqa qarşı mübarizə aparmaq istəyirdi.
Gözləri götürmədi ki, 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyanın keçirə biləcəyi səviyyədə olimpiada keçirə bilir. Bir sözlə, Azərbaycanın cəlbedici obrazı çoxlarını qane etmir və yəqin ki, bundan sonra da etməyəcək. Ona görə də Azərbaycan xalqı, eləcə də aktiv təbəqə olan ziyalılar və jurnalistlər ayıq-sayıq olmalı və bəzi qüvvələrin əməllərini yerindəcə ifşa etməlidirlər.
Bilirik ki, bəzi böyük güclər bir sıra dövlətləri idarə etmək istəyir. Təbii ki, Azərbaycanda həmin dövlətlərin sırasındadır. Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünəməxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik. Kiminsə istəyinə yox deməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər. Sadəcə olaraq böyük dövlətlər Azərbaycanı idarə etmək istəyirlər. Lakin bu gün Prezident İlham Əliyevin sözün həqiqi mənasında Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar.
Bundan sonra bizi mühüm qlobal tədbirlər gözləyir. Bu gün ölkəmiz özünün həqiqi ambisiyasını ortaya qoyub. Dünya dövlətlərinin hər biri ilə yarışmağa hazır olduğunu bildirir. Hesab edirəm ki, bu ambisiyaya da bizim əsasımız var. Bugünkü qonaq qarşılama qabiliyyəti və bacarığı ortadadır. Bunu heç kim inkar edə bilməz. Heç kim də bizi aparıb anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz. Azərbaycan artıq inkişaf yolundadır və belə də davam edəcək. Təbii ki, bu sahədə medianın rolu da olduqca önəmlidir.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...
Tarix: 23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir....
Mansur Yavaş ifşa edir...
Tarix: 22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu -
Yürüyüş…
Tarix: 21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış -
“…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…
Tarix: 20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı
Tarix: 19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
Tarix: 19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi -
amma qurultay tələbi keçməzsə...
Tarix: 19.06.2026 / 08:45
Sənətçi etiraz etdi -
“Xəbərim yoxdu…”
Tarix: 18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...
Tarix: 17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı -
Vens “gedəcək”…
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...
Tarix: 22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...
Tarix: 18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...
SON XƏBƏRLƏR
23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...
23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...
23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...
23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ
23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib
23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu
- Əhliman ƏMİRASLANOV yazır...
23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...
23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...
23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...
23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi
23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...
23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib
- VİDEO
23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...
23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır -
xalqa müraciətdə müəmmalı fikir...
23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür
- " tam ləğv etmək olar"...
23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...
23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...
23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı -
2 hakim vuruldu...
23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...
23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır -
İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...
23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı -
narahatlıqlar var...
23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu -
seçkidən əvvəl gözlədiklərinin əksini görür...
23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı
- FOTO
23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
- FOTO
23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
- FOTO
23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
- FOTO
23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb:
"Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"
23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır
23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...
23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
- FOTO
23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
- FOTO
23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya
- "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`
23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
- FOTO
23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...
23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar
- FOTO
23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....
23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı
23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı
23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi
– artıq əvvəlki kimi olmayacaq…
23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…
23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir"
- :
23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
- FOTO
23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
- FOTO
23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...
23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb
23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı
23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə...
- FOTO
23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı
- Səudiyyə və BƏƏ üsyan etdi...
23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...
23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?
23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır"
- Məleykə Abbaszadə
23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...
23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...
23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir....
Mansur Yavaş ifşa edir...
22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya
- bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…
22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)
22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...
22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı
- ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...
22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...
22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar?
- Vüsalə AĞABƏYLİ yazır...
22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı
- “...balansı mütləq dəyişdirməliyik”...
22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…
22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır?
- Nazir səbəbini açıqladı...
22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil"
- Nazir
22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı
22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...
22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
- FOTO
22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...
22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu -
Yürüyüş…
22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"-
İddia…
22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari -
tarix təkrarlana bilər...
22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..
22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...
22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...
22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...
22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir
22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub
-son 5 ayın göstəriciləri dəhşət saçır...
22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...
22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi
- köçürülməyəcək, tələbə sayı azaldılacaq....
22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur"
- Mehriban Xanlarova
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...
Populyar xəbərlər
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
Tarix: 28.05.2026 / 19:37
ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb
Tarix: 14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
XƏBƏR ARXİVİ