Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirdi və bundan şərəf hissi keçirdiyini vurğuladı. Vayra Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini dedi. Latviyanın sabiq Prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirdi.
Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqeyin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edildi.
Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulandı, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi, ölkəmizdə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olundu, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edildi.