Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi təyin edilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifə yə seçilib. O Pedro Aqramuntu əvəzləyib və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri Səməd Seyidov Agustin Condenin Azərbaycan üzrə yeni həmməruzəçi seçilməsinə münasibət bildirərkən deyib: "Ümid edirik ki, Agustin Konde fəaliyyəti dövründə ölkəmizə münasibətdə obyektiv mövqe numayiş etdirəcək".
S.Seyidovun sözlərinə görə, yeni həmməruzəçinin şəxsiyyəti, onunla gələcək əməkdaşlığa dair hər hansı bir fikir söyləmək hələ tezdir: "Yeni həmməruzəçi hesabat hazırlamaq məqsədilə Azərbaycana səfər edəcək, ölkəmizlə tanış olacaq. Bundan sonra onun şəxsiyyəti və fəaliyyəti ilə bağlı fikir yürütmək olar".
Qeyd edək ki, 2009-cü ildən AŞ PA-nın üzvü olan A.Konde AŞ PA-da Avropa Xalq Partiyası siyasi qrupuna daxildir O, qurumun Monitorinq və Hüquqi Məsələləri və İnsan Haqları Komitələrinin üzvüdür.