şənbə günü, 07 noyabr 2026
     

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələri yeni bazasının açılışında iştirak edib

Image


İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N” saylı hərbi hissənin açılışı olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda iştirak edib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan, Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Xəzər dənizi hövzəsində ən böyük və müasir hərbi obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N” saylı hərbi hissənin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ilin oktyabrından başlanılıb. Burada şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün geniş işlər görülüb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.

Hərbi Dəniz Qüvvələrinin qərargahının binasında ulu öndər Heydər Əliyevin ordu quruculuğuna diqqətini əks etdirən fotolardan ibarət stend yaradılıb. Qərargah binasında növbətçi, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin feldyeger poçt-rabitə stansiyası, bufet yaradılıb.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi barədə məlumat verildi. Bu məntəqə Hərbi Dəniz Qüvvələrin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir. Burada ən müasir texnoloji yeniliklərə əsaslanan avadanlığın quraşdırılması məntəqənin işini yüksək səviyyədə qurmağa imkan verir.

Sonra dövlətimizin başçısı hərbçilərlə görüşdü.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı "N” saylı hərbi hissənin əsgər yataqxanasında oldu.

Hərbi hissənin şəxsi heyəti üçün yataqxanaları inşa olunub. Üçmərtəbəli binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımı hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var. Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması, onların hərbin sirlərinə daha dərindən yiyələnməsi istiqamətində mühüm layihələr yerinə yetirilir.

Ali Baş Komandana "Bəbir-2” zirehli nəqliyyat vasitəsi barədə də məlumat verildi. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalıdır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilir.

Dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraitə baxdı. Poliklinika binasının foyesində ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotolar sərgilənir. Burada əsgər və zabitlərin həm müalicəsi, həm də müayinəsini həyata keçirmək mümkündür. Poliklinikada 11 funksional bölmə və 4 funksional kabinet yaradılıb. Buradakı oftalmoloq, fizioterapiya, nevropatoloq, LOR, stomatoloq, cərrah, terapevt, ultrasəslə müayinə, dermatoloq və rentgen otaqları tibbin müasir texniki avadanlığı ilə təchiz edilib. Poliklinikada, həmçinin biokimyəvi, kimyəvi və seroloji müayinələrin aparılacağı laboratoriya, prosedur otaqları, aptek, yeməkxana yaradılıb. Bu tibb müəssisəsində 32 çarpayılıq 7 palata da var. Palatalardakı şərait hərbçilərin müalicə proseslərini yüksək səviyyədə aparmağa geniş imkan verir.

Qaradağ rayonunun Puta qəsəbəsində ayrılan 254,5 hektar torpaq sahəsində Hərbi Dəniz Qüvvələri və "N” saylı hərbi hissə üçün qərargah binaları, 2 xidməti yaşayış binası, 10 sahilyanı matros yataqxanası, əsgər yeməkxanaları, nəzarət-buraxılış məntəqələri, qazanxana-camaşırxana-hamam kompleksi, gəmilərin yan alması üçün körpülər, anqar tipli avtomobil dayanacaqları yaradılıb.

Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin idarəetmə gəmisinə baxdı. Gəmidə şəxsi heyətin yaşaması, istirahət etməsi və xidmət aparması üçün zəruri şərait yaradılıb. Gəmidəki qurğular şəxsi heyətin qarşısına qoyulmuş döyüş və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olmaq imkanı yaradır.

Dövlətimizin başçısına gəminin baş komanda məntəqəsi haqqında məlumat verildi.

Bildirildi ki, baş komanda məntəqəsi gəminin idarə edilməsini, dənizdə üzmə zamanı naviqasiya və məhdud görünmə şəraitində təhlükəsizliyini təmin edir. Bütün silah və texniki vasitələrin idarə edilməsi, döyüş və atəş tapşırıqlarının yerinə yetirilməsi də buradan həyata keçirilir. Gəminin hərəkətə gətirilməsi və istiqamətinin tənzimlənməsi üçün baş mühərriklərin və sükanın idarə edilməsi məqsədilə burada ən son texnoloji avadanlıq quraşdırılıb. Bütün cihazların təyin etdiyi göstəricilər elektron xəritədə əks olunur.

Hərbi hissədə tikintinin ikinci mərhələsində gəmilərə və avtomobillərə texniki qulluq və təmir sahələri, əlavə yanalma körpüləri, anbarlar sahəsi, zabitlər evi, uşaq bağçası və məktəb binaları, klub və idman şəhərciyinin inşası nəzərdə tutulub.

Sonra Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin "N” saylı hərbi hissəsinin qərargahı və matros yataqxanasında yaradılan şəraitlə tanış oldu. Bu bina hərbi hissə qərargahının fəaliyyəti və matrosların yaşaması üçün nəzərdə tutulub. Burada hər biri 8 nəfərlik olmaqla 4 otaq var. Otaqlarda hərbçilərin yatması, istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılıb. Məişət xidməti və sinif otaqları, kompyuter zalı əsgərlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün inşa edilən yaşayış binaları barədə də məlumat verildi. Ərazidə beşmərtəbəli iki bina inşa olunub. Beş blokdan ibarət binaların hər birində üçotaqlı 50 mənzil var. Bütün zəruri avadanlıqla təchiz olunan mənzillərin hər birinin ümumi sahəsi 110 kvadratmetrdən artıqdır. Binaların ikisi də mərkəzləşdirilmiş havalandırma sistemi ilə təmin olunub. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb.

Daha sonra dövlətimizin başçısı "N” saylı hərbi hissənin qazanxana-camaşırxana-hamam kompleksindəki şəraitlə tanış oldu. Bu kompleks də müasir səviyyədə yaradılıb.

"N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı Ali Baş Komandana səhra şəraitində yemək hazırlamaq məqsədilə soba, şəxsi heyət üçün səhra şəraitində suyun qaynadılması, yeməklərin və çörəyin hazırlanması, hazır yeməklərin daşınması üçün xüsusi qablar və soyuducular, həmçinin son dövrlərdə əsgərlərin yemək rasionuna edilən əlavələr barədə də məlumat verildi. Bildirildi ki, yeməkxanada eyni vaxtda üç min nəfər qidalana bilər.

Prezident İlham Əliyev çörək sexinə də baxdı. Məlumat verildi ki, bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə olan tələbatını tam ödəməyə imkan verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ