Dövlətimizin başçısı Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ali dövləti fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.