şənbə günü, 07 noyabr 2026
     

Ermənistanın torpaqlarımızı işğal etdiyini təsdiqləyən ilk beynəlxalq məhkəmə sənədi...

Image


"Avropa Məhkəməsinin qərarında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və etnik təmizləmə faktı əksini tapıb"

Çingiz Əsgərov: "Bu ilk məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur"

Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun APA-ya müsahibəsi
- Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərar Azərbaycana hansı üstünlüklər qazandırıb?
- Avropa İnsan Haqları Məhkəməsinin qərarı hüquqi məcburiyyəti əks etdirən hüquqi sənəddir. Bu ilk məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur. Avropa İnsan Haqları Məhkəməsinin qərarında bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan Respublikası daşıyır. Eyni zamanda, qərarda etnik təmizləmə faktı öz əksini tapıb. Qərarda göstərilib ki, həmin ərazilərdə bir nəfər də azərbaycanlı qalmayıb, müsəlmanlar və erməni olmayan şəxslər o ərazilərdən qovulub, etnik təmizləmə baş verib. Bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və beynəlxalq müstəvidə danışıqlarda bu sənəd hüquqi qüvvəyə malik bir sənəd kimi istifadə olunacaq.
- "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə iddiaçı qismində çıxış edən məcburi köçkünlərin hüquqlarının bərpası baxımından bu qərarın hansı əhəmiyyəti var? Qərarda bu insanların əmlak və digər hüquqlarının bərpası, onlara dəymiş zərərin ödənilməsi əskini tapıbmı?
- Avropa İnsan Haqları Məhkəməsinin qərarında ilk növbədə bu insanlarla bağlı məsələlər həllini tapıb. Həmin şəxslərin öz evlərinə qayıtmaq, öz torpaqlarında yaşamaq, mülkiyyətindən istifadə etmək hüquqları təsdiq edilib və bu hüquqları göstərilir. Digər tərəfdən, Avropa İnsan Haqları Məhkəməsi kompensasiyanın ödənilməsi məsələsinə də baxacaq. Hazırkı qərarda göstərilib ki, növbəti mərhələdə 6 məcburi köçkünə Ermənistan hökuməti tərəfindən veriləcək kompensasiyanın məbləği müəyyən edilməlidir. Yəni qərarda həm mənəvi təzminat, həm məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ, həm də öz mülkiyyətlərindən istifadə etməkdən məhrum olmağa, çəkdikləri əziyyətlərə görə maddi təzminat, kompensasiyanın təyin edilməsi məsələsi təsdiq olunur. 12 ay ərzində məcburi köçkünlərlə Ermənistan hökuməti aralarında razılığa gəlməlidir, yaxud öz mövqelərini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməlidir. Məcburi köçkünlərlə Ermənistan hökuməti kompensasiya məsələsində razılığa gələ bilməsə, Avropa İnsan Haqları Məhkəməsi özü Ermənistan hökumətinin məcburi köçkünlərə ödəməli olduğu kompensasiyanın məbləği barədə qərar qəbul etməli olacaq.
- Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş digər soydaşlarımız da Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblərmi, edirlərmi?
- Bu istiqamətdə təşəbbüslər çoxdan göstərilib. Elə Çıraqovların ərizəsi də məcburi köçkünlərin verdiyi ərizələr arasında birinci idi. Digər ərizələrə də Avropa İnsan Haqları Məhkəməsində baxılacaq. "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə qərar bir presedentdir. Yəni bu qərarla əsas məsələlər həll olunub. Ermənistan Respublikasının məsuliyyəti sübut olunub və digər məcburi köçkünlərin ərizələrinə baxılması zamanı bunların sübut olunması artıq zəruri olmayacaq. Bu ərazilərə baxılması prosesi daha sadə və bizim üçün asan keçəcək.
- Avropa İnsan Haqları Məhkəməsi "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işi üzrə də qərar verib. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının Azərbaycan üçün mənfi tərəfləri nədir?
- Mən bu qərarın Azərbaycan üçün mənfi tərəfini görmürəm. Bu bizim gözlədiyimiz qərar idi. Bu qərarda qaçqınların öz evlərinə qayıtmaq hüququndan bəhs edilir. Avropa İnsan Haqları Məhkəməsi bizim mövqeyimizi tam qəbul edib ki, iddiada söhbət gedən Goranboy rayonunun Gülüstan kəndində yaşamaq qeyri-mümkündür. Çünki kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin arasındadır. Kənd faktiki olaraq atəşkəs zonasında yerləşir, dinc əhalinin yaşaması üçün şəraitin yaradılması qeyri-mümkündür. Yalnız burada ərizəçinin mülkiyyət hüququnun bərpası üçün kompensasiyanın təyin edilməsi məsələsi olacaq. Lakin burada bir məsələ də var ki, həmin şəxsin mülkiyyəti 1991-ci ildə məhv edilib. Həmin kənddə döyüşlər baş verib və o kənddə bir salamat ev yoxdur. Ona görə də, məncə, bu məsələdə kompensasiya məbləği elə də yüksək olmayacaq.
- Bu gələcəkdə Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın digər bölgələrindən gedən ermənilər üçün Azərbaycana qarşı iddialar irəli sürmək üçün bir əsas olmayacaq ki?
- Xeyr. Çünki, birincisi, Bakıdan və digər yerlərdən gedən ermənilər 1990-cı ilə qədər evlərini tərk ediblər. İkincisi, o ermənilər əsasən ya Ermənistandan gələn azərbaycanlı qaçqınlarla, ya da Bakı və digər yaşayış məntəqələrində yerli sakinlərlə müqavilə bağlayaraq öz evlərini satıb, yaxud bağışlayıblar. Yəni qanuni proses olub. Üçüncüsü, bütün bu hadisələr Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən əvvəl baş verib, ona görə də Azərbaycan Respublikası buna görə məsuliyyət daşıya bilməz. Həmin şəxslər Azərbaycan Respublikasına qarşı Avropa İnsan Haqları Məhkəməsinə ərizə verə bilməzlər.
- "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə qərarda xüsusi rəydə qalan hakimlər olub. Bu, Azərbaycan üçün nə dərəcədə gözlənilən idi?
- Qərarla bağlı bir neçə xüsusi rəy var. Xüsusi rəy heç bir hüquqi qüvvəyə malik deyil, yalnız hakimin öz mövqeyini bildirməsi deməkdir. "Çıraqovlar və digərləri Ermənistana qarşı" və "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işləri üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında səslər bərabər paylanıb, 15 hakim lehinə, 2 hakim əleyhinə olub. Qərarın əleyhinə çıxış edən şəxslər xüsusi rəy bildirir. Məsələn, "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarında Ukrayna hakiminin çox gözəl xüsusi rəyi var. Ukraynalı hakim xüsusi rəyində göstərir ki, Gülüstan kəndi iki silahlı qüvvənin arasında olduğu üçün Ermənistan Respublikası da bu işə cavabdeh qismində cəlb olunmalı idi, lakin Avropa İnsan Haqları Məhkəməsi bunu etməyib. Qeyd edib ki, Ermənistan Respublikasının işğal altındakı ərazilərdə məsuliyyət daşıması "Çıraqov və digərləri Ermənistana qarşı" qərarında əksini tapmışdı və ona görə də Ermənistan Respublikası "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işi üzrə də məsuliyyətə cəlb olunmalı idi. Bu, ukraynalı hakimin öz rəyini bildirməsidir və mən hesab edirəm ki, tam ədalətli rəydir. "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə portuqaliyalı hakimin də xüsusi rəyi olub və bu, ermənilərin hər yerdə dedikləri xalqların öz müqəddəratını təyin etmə ilə bağlı sözlərinin ifadəsidir. Portuqaliyalı hakim rəyini əsaslandırmağa çalışır ki, guya indi bu hüquq elə səviyyədə qaldırılıb ki, hər bir xalq əlində silahla öz müqəddəratını təyin edə bilər, ona görə də bu məsələ Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına aid deyil, beynəlxalq təşkilatlarda danışıqlarda həll olunmalıdır. Bu, hüquqdan uzaq bir mövqedir və ermənilərin mövqeyinin dəstəklənməsi üçün verilən rəydir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ