çərşənbə axşamı günü, 23 iyun 2026
     

Şamaxılı axundun oğlu PKK-ya qoşulmaq istəyən tələbələr arasında...(?)

Image


"Xarici işlər, daxili işlər və milli təhlükəsizlik nazirlikləri Ankaradakı Azərbaycan səfirliyi vasitəsi ilə Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulmaları ilə bağlı məsələni araşdırır”. Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki təmsilçisi Nəcibə Nəsibova BBC Azərbaycancaya deyib.

Bazar ertəsi günü Youtube şəbəkəsində yayılmış videoçarxda Türkiyədə təhsil alan üç tələbənin Türkiyə və Qərbdə terrorçu qrup kimi tanınan PKK təşkilatının sıralarına keçdiyindən bəhs edilir.

Özlərini "Yıldırım Beyazıt Universitetinin sosyoloji bölümündə oxuyan Feremez Azeri”, "Turqut Özal Universitetinin işlətmə fakultəsinin tələbəsi Babek Hakır” və "Balıkesir universitetinin tələbəsi Azad Mirkan” kimi təqdim edən gənclər PKK sıralarına keçmələrinin səbəblərindən danışıblar.

"Tələbələrdən Sənan Güləhmədov və Mobil Tağızadənin valideynləri övladlarının yoxa çıxması ilə bağlı səfirliklə telefon vasitəsi ilə əlaqə saxlayaraq köməklik göstərilməsini xahiş edib.

Buna müvafiq olaraq da, səfirlik Türkiyənin müvafiq qurumlarına müraciət edib”, BBC Azərbaycancanın sorğusuna cavab olaraq Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elbəy Əliyev bildirib.

Lakin səfirlikdə hadisə ilə bağlı geniş şərh vermək istəməyiblər. Videoçarxda Sənan Güləhmədov özünü Feremez Azeri, Mobil Tağızadə isə Azad Mirkan kimi təqdim edirlər.


Dövlət xəttilə gəlməyiblər

Səfirliyin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova isə deyib ki, internet resurslarında yayılmış videogörüntüdə danışan üçüncü tələbənin adı Məhəmmədhüseyn Rüstəmovdur.

O, məlum videoçarxda özünü "Turqut Özal Universitetinin işlətmə fakultəsinin tələbəsi Babek Hakır” kimi təqdim edib. Təhsil müşaviri tələbələrlə bağlı bəzi təfərrüatlardan da bəhs edib.

Nəcibə Nəsibova deyib ki, adiçəkilən hər üç tələbə universitetlərin ikinci kursunda oxuyublar və "dövlət imtahanından keçmədən, özəl təhsil şirkətlərinin xətti ilə Türkiyəyə gəliblər”.

Onun sözlərinə görə, fəaliyyətinin əsas hissəsi kimi "tələbələrin hamısı ilə məşğul olur”.

"Şəhər-şəhər gəzirik, universitetlərə, yataqxanalara gedirik, tələbələrin hamısı ilə görüşür, öz aralarından tələbə təmsilçiləri seçib, onlarla sıx əlaqə saxlayırıq. Amma bu tələbələr əvvəldən bizim tələbələrdən uzaq gəzərdilər. Mənə elə məlumatlar gəlirdi ki, onlar siyasi görüşlü tələbələrin arasında olurdular. Tələbələrimizdən soruşurdum ki, onları tanıyırsınızmı, deyirdilər, bizimlə oturub-durmurlar, daha çox kürdlərin arasında olurlar. Bunlar qeyri-dövlət xətti ilə, şirkətlərin vasitəsi ilə attestatla burda yerləşən tələbələrdir. Bunların heç biri dövlət xətti ilə imtahan verməyib”, Nəcibə Nəsibova deyib.

Təhsil müşaviri PKK sıralarına keçdiklərini bəyan edən tələbələrdən dərs davamiyyəti və qiymətlərinin zəif olan "savadsız tələbə” kimi bəhs edib.


Valideyn məsuliyyəti

Tələbələrin verdiyi məlumata istinad edən Nəcibə Nəsibova deyib ki, Məhəmmədhüseyn Rüstəmov, Şamaxıdakı bir axundun oğludur.

BBC Azərbaycanca axundla telefonla əlaqə yaratmağa çalışsa da, telefona cavab verən şəxs "mən o adam deyiləm” deyərək telefonu qapadıb.

Təhsil müşaviri tələbələrin PKK sıralarına maraq göstərməsində onların valideynlərinin də məsuliyyətindən danışıb.

"Tələbələr itkin kimi qeydiyyata alındıqları ilk vaxtlarda Sənanın (Güləhmədov) anası zəng edib dedi ki, oğlum hardadır, bilmirəm onu hardan tapım, necə edim. Dedim, biz də maraqlanırıq, rəsmi dairələrə yazmışıq. Ağladı ki, onu yəqin öldürüblər. Dedim, əgər ölüm hadisəsi olsa, mütləq səfirliyə xəbər verərdilər. Deyir, əgər sağ olsaydı, o mənə mütləq zəng edərdi. Çünki o hər gün mənə zəng edirdi, sağ deyil ki, zəng eləmir. Dedim, oğlun hər gün səninlə danışırdısa, bilirsənmi ki, bu ildən heç dərsə getməyib? Deyir, hə, bilirəm. Dedim, yaxşı bəs, bilirdinsə, bu uşaq sabah yuxudan durub, axşama kimi nə ilə məşğul olduğundan həqiqətən xəbərin olmayıbmı? Necə anasan sən?! Deyir, o, sosioloqdur, sosioloq insanların arasında olmalıdır. Dedim, o zaman küçədə boş-boş gəzənlər sosioloq olsunlar”.

BBC Azərbaycanca Turqut Özal Universiteti iqtisadiyyat və idarəetmə fakultəsinin işlətmə bölümünün rəhbəri Yavuz Kahramanla Məhəmmədhüseyn Rüstəmovun tələbə həyatı barədə danışıb.

Yavuz Kahramanın sözlərinə görə, Məhəmmədhüseyn Rüstəmov universitetdə 2013-2014-cü dərs ilində qeydiyatdan keçib və burda "ödənişli təhsil alıb”.

"Tələbə ilk ilində dərslərinə normal gəlib, oxuyub. Amma ikinci yarımildə dərsləri çox pis olub. Bir çox dərsindən qalıb, sonra bəzi imtahanlarını verə bilib. Bu dönəmdə isə qeydiyyatdan keçməyib”, universitet nümayəndəsi deyib.

Onun sözlərinə görə, itkin düşmə ilə bağlı məlumatın çıxdığı ilk günlərdə tələbənin ailəsi universitetə gəlib. "Bizim sistemimizdə qeydiyyatda olan telefonu, emaili, ünvanının heç biri vasitəsi ilə onunla əlaqə yaratmaq mümkün olmadı”, Məhəmmədhüseyn Rüstəmovun müəllimi deyib.


Profilaktik söhbət

Yavuz Kahraman dərsə gəldiyi ilk dövrlərdə tələbənin bilik səviyyəsinin 100 ballıq cədvəl üzərindən 50-60 balla qiymətləndirilə biləcəyini deyib.

"O, universitetin ortanın altında olan və ya orta sayıla biləcək tələbələrindən olub”, cənab Kahraman əlavə edib.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təşkilatı – Türkiyə-Azərbaycan Tələbə Birliyi isə təbliğat-təşviqat fəaliyyətlərini aktivləşdirmək niyyətindədir.

Təşkilatın mətbuat katibi Söhrab İsmayıl deyir ki, Azərbaycandan və Türkiyədən tanınmış ziyalıların, tarixçilərin, dövlət adamlarının azərbaycanlı tələbələrlə görüşləri təşkil ediləcək. Təşkilat ümid edir ki, belə görüşlərdə tələbələrdə "vətandaşlıq borcu və məsuliyyəti" ilə bağlı profilaktik söhbətlərin müsbət təsiri ola bilər.

"Tələbələrimiz terror təşkilatlarının məqsədləri, tələbələri öz tərəflərinə çəkmək ehtimalları barədə məlumatlandırılacaqlar. Onlara vətəndaşlıq borcları anladılacaq”, - Söhrab İsmayıl deyib. - "Azərbaycanla Türkiyə arasındakı münasibətlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Tələbələr burda olduqları müddətində vətəndaşlıq borclarını anlamalıdırlar”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ