Bakıda Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar xatirə dəftəri açılıb. Bu barədə baki-xeber.com-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata əsasən, xatirə dəftərinə başsağlığı yazmaq istəyənlər bu gün və sabah saatlarında səfirliyə baş vura biləcəklər.
Qeyd edək ki, dünən Türkiyənin doqquzuncu prezidenti S.Dəmirəl vəfat edib. S.Dəmirəlin vəfatı ilə əlaqədar olaraq ölkədə üç günlük matəm elan edilib.