şənbə günü, 07 noyabr 2026
     

Xanlar Hacıyev azərbaycanlı köçkünlərin iddiası üzrə çıxarılan qərarla bağlı xüsusi rəylə çıxış edib

Image


Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası iyunun 16-da "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə azərbaycanlı köçkünlərin Ermənistana qarşı iddiası əsasında mühüm qərar qəbul edib. APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin bir neçə hakimi qərarla bağlı xüsusi rəy yazıb. Onların arasında azərbaycanlı hakimi Xanlar Hacıyev də var. X. Hacıyevin xüsusi rəyində bildirilir:

"Dağlıq Qarabağ və ətraf rayonların - Azərbaycan ərazilərinin beşdə bir hissəsinin Ermənistan Respublikası tərəfindən işğal edilməsi (bu, açıq-aydın faktdır) BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qərarları ilə siyasi baxımdan tanınıb. Hazırkı qərarda AİHM-in yenidən bu faktı məhkəmə qərarı ilə təsdiqləməsini məmnunluq hissi ilə qeyd etmək istərdim. Məhkəmə Ermənistan Respublikasının hərbi iştirakı və hərbi texnika ilə təchiz etməsi ilə Dağlıq Qarabağ münaqişəsində çox erkən və əhəmiyyətli şəkildə iştirak etdiyini təsdiqləyən təkzibedilməz sübutlar əsasında belə bir nəticəyə gəlib. Bu hərbi dəstək sözügedən ərazilərin işğal edilməsi və nəzarətdə saxlanılması istiqamətində həlledici olub və qalmaqdadır. Məhkəmənin fikrincə, gətirilmiş dəlillər, xüsusən də 1994-cü il hərbi əməkdaşlıq razılaşması, inandırıcı şəkildə onu göstərir ki, Ermənistan və "Dağlıq Qarabağ Respublikası”nın ("DQR”) silahlı qüvvələri bir-birinə əhəmiyyətli dərəcədə inteqrasiya edir və "DQR” Ermənistanın təsiri altında olmaqla onun hərbi, iqtisadi və siyasi dəstəyindən yararlanır, Dağlıq Qarabağ və ətraf rayonlar birbaşa Ermənistan dövlətinin nəzarəti altındadır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin hüquq məsələləri üzrə müşaviri Tristan Ferraronun haqlı olaraq qeyd etdiyi kimi, effektiv nəzarət işğalın əsas xüsusiyyətidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən, xarici düşmən qüvvələri tərəfindən həyata keçirilən effektiv nəzarət olmadan hansısa bir ərazinin işğalından söhbət gedə bilməz”.

Daha sonra azərbaycanlı hakim məhkəmə tərəfindən şikayətçilərin Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq tələblərinin təmin edilməməsinə qarşı tutarlı faktlar gətirərək işğal edilmiş ərazilərdən 800 000 qədər qaçqın və məcburi köçkünün etnik xüsusiyyətlərinə görə qovulduğunu qeyd edib:

"Qərarın 172-ci paraqrafında məhkəmə haqlı olaraq "Əhalisi 150 min erməni əsilli şəxslərdən ibarət olan Dağlıq Qarabağ, Ermənistanın əsaslı hərbi dəstəyi olmadan çətin ki 1992-ci ilin əvvəlində təqribən yeddi milyonluq əhalisi olan Azərbaycan kimi dövlətə qarşı müdafiə sistemini yaratmağa qadir ola bilsin. Belə olan halda nəinki Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində nəzarəti əldə edir, üstəlik, 1993-cü il sona çatmamış, ərazilərin böyük bir hissəsini, qonşuluqda olan yeddi Azərbaycan rayonunun da bütünlüklə ələ keçirir”. Öz tərəfimdən əlavə edim ki, bu işğal təxminən 800 000 insanın məcburi şəkildə qovulması ilə müşayiət olunmuşdu, bu da öz-özlüyündə böyük hərbi güc, hərbi texnika və məcburi əldə saxlama tələb edirdi. Beləliklə, davamlı işğal heç də az insani və maddi vəsaitlər tələb etmir. İşğal edilmiş ərazilərdə hərbi xidmətdə olan gənc erməni əsgərlərinin valideynlərinin etirazlarına baxmayaraq (bunu mətbuatda oxumaq olar :http://www.epress.am, 11 iyun 2014), işğal hələ də davam edir. Elə də uzaq tarixdə deyil, 2014-cü ilin noyabrında, Ermənistan işğal edilmiş ərazilərdə rəmzi olaraq "Birlik" adlandırılmış əməliyyat çərçivəsində 47000 hərbiçi və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər həyata keçirmişdi (www.regnum.ru, 12 noyabb 2014). Ermənistanın Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etdiyi bir vaxtda orada hökm sürən vəziyyət bu sazişin mahiyyətinə belə zidd idi və bu gün də belə qalmaqdadır. Konvensiya öz preambula hissəsində onu imzalayan Avropa Şurasına üzv dövlətlərin dünyada sülh və azadlığın təməlini təşkil edən bu fundamental azadlıqlara dərin inam nümayiş etdirməli olduqlarını bəyan edir. Belə bir paradoks mənə həmişə Oskar Uayldın sözlərini xatırladır: "Mən hər şeyə inana bilərəm, bir şərtlə ki, bu tamamilə inanılmaz bir şey olsun”. Avropa Şurası mövcud vəziyyətə dair öz münasibətini Parlament Assambleyasının 2005-ci ilin yanvarın 25-də qəbul etdiyi 1416 saylı Qətnaməsində bildirib: "Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir”.

Yuxarıda sözügedən qətnamədəki qeydlərdən məlum olunduğu kimi, AŞPA mövcud vəziyyəti təsvir edərək, insanların öz yurd-yuvalarından qovulmalarının etnik xüsusiyyətini xatırladır. Şikayətçilər tərəfindən irəli sürülmüş dolğun dəlil və şərtləri nəzərə alaraq (fikrimcə, bunlara adekvat cavab verilməli idi) mən Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq ayrıca heç bir məsələnin qoyulmaması ilə bağlı əksəriyyətin gəldiyi bu nəticə ilə bölüşmürəm. Beləliklə, şikayətçilərin öz əmlakları üzərində bütün nəzarəti itirmələri, onlardan istifadə etmə, satma, vəsiyyət etmə və ya ipotekaya qoyma, onlardan gəlir əldə etmə və ya bəhrələnmə kimi bütün imkanlardan məhrum olmaları, cavabdeh hökumətin onlara öz evlərinə, Laçına dönmələrinə davamlı şəkildə icazə verməməsi, habelə hökumət tərəfindən onlar üçün səmərəli müdafiə hüququ vasitələrinin yaradılmaması və ümumilikdə, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş şəxslərə hər hansı bir özünümüdafiə hüququnun verilməməsi ayrı-seçkiliyin nəticəsidir və buna görə də bütün bunların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 8 və 13-cü maddələri ilə vəhdət təşkil edən Konvensiyanın 14-cü maddəsinin də pozduğunu hesab edirəm. Məhkəmə bir neçə dəfə Konvensiyanın 14-cü maddəsinin hər fərqli rəftarı qadağan etmədiyini bəyan edib. Məhkəmənin qənaətinə görə, meyarlar işlənib hazırlanmalı və bu meyarlardan çıxış edərək Konvensiya ilə təmin olunan hüquq və azadlıqların tanınmasında göstərilmiş fərqli rəftarın 14-cü maddəyə zidd olub-olmadığını müəyyən edə bilərik. Bir çox demokratik ölkələrdə müşahidə olunan hüquqi praktikalardan irəli gəlmiş prinsipləri tətbiq edərkən məhkəmə hesab edir ki, eyni dərəcəli rəftar prinsipi o zaman pozulur ki, fərqli rəftar obyektiv və ağlabatan bir tərzdə əsaslandırılmasın. Konvensiya ilə təmin olunan hüquq və azadlıqların tanınmasında göstərilmiş fərqli rəftar təkcə qanuni məqsəd güdməməlidir, eyni zamanda, istifadə olunan vasitələrlə güdülən hədəf arasında əsaslandırılmış mütənasiblik əlaqəsi olmadan, bu 14-cü maddənin pozulmasına gətirib çıxaracaq. (Buna misal olaraq, "Rasmussen Danimarkaya qarşı”, 28 noyabr 1984, § 38, A bəndi, 87, və Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 iyul 1986, § 177, A bəndi, 102nömrəli işlərini göstərmək olar).

Bu gətirilmiş dəlillər onu göstərir ki, məcburi köçkünlərin qovulmaları nəinki ayrı-seçkilik zəmində baş verib, hətta cavabdeh dövlət o vaxtdan bəri azərbaycanlılardan başqa, qalan məcburi köçkünlərin öz evlərinə dönməsinə belə icazə verib. Bu da ayrı-seçkilik siyasətinin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, pozuntuların davamlı xüsusiyyətini nümayiş etdirir. Bundan əlavə, ərizəçilərin ayrı-seçkiliyə məruz qalmalarına dair bu faktların xeyrinə onu da əlavə edək ki, Laçın rayonunun etnik təmizlənməsindən sonra, yəni bu rayon qeyri-erməni əhalisindən boşaldıqdan sonra, burada Ermənistan Respublikasından gəlmiş ermənilərin regionda məskunlaşdırılması siyasəti aparılmışdı. Belə ki, ATƏT-in Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş ərazilərində apardığı faktaraşdırıcı missiyasının hesabatına görə, nümayəndə heyəti Laçın rayonunda Ermənistan pasportunu daşıyan və Ermənistanda səs verdiklərini boyunlarına almış sakinlərlə görüşdüyünü qeyd edib. Nəticədə, iyirmi ildən çoxdur ki, Laçından qovulmuş və bu rayonda öz evlərinə dönə bilməyən ərizəçilər Konvensiya ilə təmin olunan hüquqlarını həyata keçirmək iqtidarında deyillər. Çünki onlar, Konvensiyanın 1-ci Prokolunun 1-ci maddəsi və Konvensiyanın 8 və 13-cü maddələri ilə vəhdət təşkil edən Konvensiyanın 14-cü maddəsinə zidd olan ayrı-seçkiliyə məruz qalıblar ".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ