Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir. Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.