"Bizə demokratiya dərsi verən Qərb ölkələrində təhqiredici bir sayta rast gəlsəniz, onda mən Azərbaycanı söz azadlığının səviyyəsi ilə bağlı yüz neçənci yerə qoyan təşkilatlara Azərbaycanın ali orden, medalının verilməsi tövsiyəsini irəli sürərdim".
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın KİV rəhbərləri ilə görüşündə Mətbuat Şurasının sədri Əflatun Amaşovun Azərbaycanda sosial mediada təhqiredici saytların olması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.