Nazir Sudirman Said İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu xüsusi qeyd olunub.