şənbə günü, 07 noyabr 2026
     

Rusiya məhkəməsi "Erməni terrorizmi" kitabının yayımına qoyulmuş qadağanı ləğv edib

Image


Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və "Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə "Azərbaycan” nəşriyyatında nəşr olunmuş "Erməni terrorizmi” kitab-albomu (48 səhifə, 5 min nüsxə) erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara, habelə Azərbaycan ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair faktoloji materiallar əsasında hazırlanıb.

Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilib. Kitabda ermənilərin azərbaycanlılara qarşı terror hadisələrinin rus millətindən olan şəxslər və rus hərbçilər tərəfindən törədildiyi görüntüsü yaratmaq üçün onları ruslara bənzədən maskalardan istifadə etdikləri də əksini tapıb. Bu kitab sonrakı dövrlərdə dünyadakı ayrı-ayrı kitabxanalara göndərilib. O vaxtdan başlayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və diaspor təşkilatları tədbirlərində erməni terrorçularının, separatçılarının Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri cinayətlərlə bağlı həmin kitabdakı şəkillər istifadə olunur.

Erməni "əli"

2013-cü il oktyabrın 3-də Krasnoyarsk Vilayəti üzrə Prokurorluğa vilayətin ərazisində "Erməni terrorizmi” adlı nəşrin yayıldığı barədə məlumat daxil olub. Məlumatda qeyd edilib ki, həmin nəşr Krasnoyarsk vilayətində yaşayan və Azərbaycan diasporunu təmsil edən şəxslər tərəfindən yayılır. V. P. Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş "rəy” kitabın əleyhinə olub. Prokurorluq "Ekstremist fəaliyyətə qarşı” Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri "ekstremist material” kimi tanıyıb və müvafiq qərarını məhkəməyə göndərib. Prokurorluq məhkəmədən "Erməni terrorizmi” nəşrinin "ekstremist material” kimi tanınmasını, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş edib. Yəni Krasnoyarsk diyarının Prokurorluğu Rusiyanın Krasnoyarsk vilayətində "Erməni terrorizmi” adlı kitabın ekstremist ədəbiyyat kimi tanınması barədə Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində iddia qaldırıb. İddiada təkcə kitabın yayımının deyil, həm də kitabdakı şəkillərdən istifadənin qadağan olunması istənilirdi.

Araşdırmamız zamanı o da məlum olub ki, Krasnoyarskda bu işlə məşğul olan Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin milliyyətcə rus olan 2 qadın müəlliməsidir, müəllimələrdən birinin Moskvadakı elmi rəhbəri ermənidir. Bir sözlə, məsələnin başında yenə də Rusiyadakı erməni diasporunun dayandığı ortaya çıxıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanov APA-ya açıqlamasında deyir ki, bu, çox pis presedent yaradılmasına hesablanmış iddia idi: " Rusiyadakı erməni diasporu da bu şansdan maksimum istifadə edəcəkdi".

Xatırladaq ki, həmin il noyabrın 29-da AzərTAC da bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər. Ancaq dekabrın 12-də Rusiya Federasiyasının Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş "Erməni terrorizmi” kitab-albomunun "ekstremist material” kimi tanınmasına dair məhkəmə prosesi başlayıb.

Hücumu dəf etmək istiqamətinlə atılan addımlar

Məsələnin ciddiliyi nəzərə alınaraq, Azərbaycanın Rusiyadakı səfirliyinin müavini Qüdsü Osmanova bu məsələ ilə məşğul olmaq həvalə olunub, Rusiyanın müvafiq qurumlarına müraciətlər edilib. Paralel olaraq Rusiyada bu sahə üzrə təcrübəli ekspertlər, hüquqşünaslarla məsləhətləşmələr aparılıb, Krasnoyarskda Azərbaycan diasporunun aktivlərindən olan hüquqşünas Ələkbər Qarayev də bu işə cəlb olunub.

AzərTAC-ın direktoru Aslan Aslanov APA-ya açıqlamasında deyib ki, bu proses başlayan zaman 2013-cü ildə Prezident Administrasiyası məlumatlandırılıb və AzərTAC da öz tərəfindən lazımi addımların atılması üçün hərəkətə keçib. AzərTAC V.P.Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş "rəy”i qərəzli sayıb: "Bizim tərəfimizdən "Erməni terrorizmi” kitab-albomuna sosial-psixoloji və psixoloji-linqvistik tədqiqatına dair rəy verilməsi üçün suallar qoyulub və bu suallar cavablandırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoruna, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin direktoruna təqdim edilib. Bura "Təqdim olunmuş materialların əsas məna və kompozisiyası, tərtib və quruluş istiqamətləri nədən ibarətdir?”, "Nəşr materialları kin və nifrət oyatmağa, habelə cinsinə, irqinə, dilinə, mənşəyinə, dininə olan münasibətinə, eləcə də hər hansı sosial qrupa mənsubiyyətinə dair insanın və ya insan qruplarının ləyaqətinin alçaldılmasına yönəltmişdirmi?”, "Bu nəşrdə təqdim olunmuş materialların məzmununda milli ədavəti qızışdırmağa və hər hansı milli və sosial qrupa qarşı zorakılıq hərəkətlərini həyata keçirməyə yönəlmiş çağırışlar varmı?”, "Tədqiqat üçün təqdim olunmuş materiallar insanın cəmiyyətdəki davranış reaksiyalarına və onun şəxsiyyətinin dəyişdirilməsinə təsir göstərə bilərmi və müsbət halda necə təsir göstərə bilər?” sualları daxil olub. Bu suallarla bağlı rəylər həmin qurumlardan alınaraq Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinə göndərilib”.

Göstərilən səylər nəticəsində Rusiyanın müvafiq dövlət qurumunda ilkin araşdırma aparılıb və araşdırmanın nəticəsi kitabın xeyrinə olub. Bu ilkin tədqiqat Moskvadan gələn ekspertlərlə birgə Krasnoyarsk şəhəri Mərkəzi Məhkəməsinə göndərilib. Məhkəmə isə bunların əsasında yenidən psixoloji-linqvistik ekspertiza keçirilməsi barədə qərar verib. Məntiqlə, ekspertizanın rəyi nə olacaqsa, məhkəmənin də qərarı ondan ibarət olmalı idi. Məhkəmə ekspertizanın Krasnoyarskda universitetin nəzdində yalnız bu işlərə məşğul olan idarədə aparılmasına qərar verib. Yenə də ekspertizanın nəticəsi kitabın lehinə olub.

Buna baxmayaraq, Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsi martın 5-də maraqlı tərəflərin təzyiqi ilə Krasnoyarsk diyarının Prokurorluğunun xeyrinə, kitabın əleyhinə qərar verib.

Mübarizə və qələbə

Ancaq mübarizə davam edib, AzərTAC və "Azərbaycan” nəşriyyatının nümayəndəsi olan vəkil Ə. Qarayev tərəfindən Krasnoyarsk diyar Məhkəməsinə apelyasiya şikayəti verilib.

Kitabla bağlı müsbət qərar verilməsinə nail olunması üçün Rusiyanın nüfuzlu, tanınmış ekspertləri və hüquqşünasları prosesə cəlb olunub.

Nəhayət, mayın 18-də məhkəmə "Erməni terrorizmi” kitabının lehinə qərar verib. Başqa sözlə, Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinin 5 mart 2015-ci il tarixli qərarı ləğv edilib, prokurorluğun "Erməni terrorizmi” kitabının ekstremist material kimi tanınması barədə müraciətinin qəbul edilməsindən imtina edilib. Eyni zamanda qərarda qeyd edilib ki, Krasnoyarsk Diyar Prokurorluğunun bu kitabın ekstremist material kimi tanınması barədə müraciətinə baxılması dayandırılsın. Bu da o deməkdir ki, Rusiyanın məhkəmə orqanları bir daha "Erməni terrorizmi” kitabı ilə bağlı məsələyə bir daha qayıtmayacaq.

A. Aslanov bildirib ki, bu prosesdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun məsələyə peşəkar yanaşmasını xüsusi qeyd etmək lazımdır: "Haqq-ədalət yerini tapdı. Əgər öncəki qərəzli məhkəmə qərarı qüvvədə qalsa idi, bundan Rusiyada azərbaycanlılara, vətənpərvər soydaşlarımıza qarşı istifadə ediləcəkdi. Tutaq ki, bu kitab azərbaycanlılardan kiminsə evində tapılsa, millətlər arasında ədavət yaradan nəşrlə bağlı günahlandırılacaqdı. Əgər "Erməni terrorizmi" kitab-albomu ekstremist ədəbiyyatı siyahısına daxil edilsəydi, bu, ümumən Rusiyada yaşayan azərbaycanlıların uydurma cinayət işi ilə təqib edilməsinə səbəb olacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair digər mətbu nəşrlər üçün presedent yaranacaqdı”.

Qeyd edək ki, "Erməni terrorizmi” kitabının müəllifi olan Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov da 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanı olub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ