Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri dövlətdən müqəddəs Ramazan ayında bəzi televiziya kanallarında Azərbaycanda tərtib olunmuş təqvimə uyğun olmayan azanların verilməsinə qarşı tədbirlər görülməsini xahiş edib.
Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.