"Cənab prezidentin Azərbaycan mətbuatının yaranmasının 140 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamı dəstəkləyirik”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı-direktoru Vüqar Səfərli "Olaylar”a açıqlamasında belə deyib. V. Səfərli sərəncamın dövlət və dövlət başçısının müstəqil mediaya göstərdiyi qayğının təcəssümü olduğunu diqqətə çatdırıb. "Bütün yubiley illərində olduğu kimi mətbuatın yaranmasının 140-cı ildönümündə də bu məsələ diqqətdə saxlanılaraq sərəncam imzalandı. İyulun 22-də yekun, buna qədər isə Bakı şəhəri və bölgələrdə tədbirlər keçiriləcək. Eyni zamanda jurnalist təşkilatları və redaksiyalar tərəfindən jurnalistlərin mükafatlandırılması, onlara xüsusi adların, medalların verilməsi üçün təkliflər veriləcək. Əvvəlki yubiley illərində olduğu kimi mətbuatın yaranmasının 140-cı ilində belə bir sərəncamın imzalanması, prezidentimizin mediaya olan qayğısının nəticəsidir” – deyə Fondun icraçı-direktoru qeyd edib.