şənbə günü, 07 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev TANAP-ın əsas sirrini açdı
Tarix: 03.06.2015 / 02:42
Bölmə: Gündəm
«Bakı-Tbilisi-Qars dəmir yolu mümkün olmaya bilərdi»
«1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» XX əsrin müqaviləsi idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. «Cənub Qaz Dəhlizi XXI əsrin müqaviləsidir və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə edilən uğurlar bugünkü reallığı mümkün etmişdir». «Trend»in məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dünən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - «Caspian Oil & Gas 2015» və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - «Caspian Power 2015» sərgilərinin açılış mərasimində çıxışı zaman deyib.
İlham Əliyev bildirib ki, 1996-cı ildə «Şahdəniz» qaz yatağı üzrə beynəlxalq konsorsiumla müqavilə bağlanıb: «O vaxt dünyanın neft-qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi».
Dövlət başçısı deyib ki, «Şahdəniz» qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və onun işlənməsi bu gün Cənub Qaz Dəhlizinin əsas resurs bazasını təmin edir: «O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa boru kəmərləri inşa edilmişdir. Beləliklə tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi - Qara dəniz - Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq özünü başqa sahələrdə də büruzə verməyə başlamışdır və məhz bu dəhliz vasitəsilə bu gün böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi icra edilir. Bu da mümkün olmaya bilərdi, əgər biz enerji siyasətimizi düzgün qurmasaydıq. Beləliklə, 90-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəlində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, əlbəttə ki, böyük tarixi nailiyyət idi, imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin və ondan səmərəli istifadə edərək biz valyuta ehtiyatlarımızı ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik».
Prezident qeyd edib ki, insanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi: «Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmişdir, 300 faiz artmışdır, eyni zamanda, ölkə qarşısında duran infrastruktur layihələri icra edilmişdir, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik, bu gün ümumdaxili məhsulumuzda neft amili hardasa cəmi 30 faiz təşkil edir və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi işində biz böyük nailiyyətlərə imza atmışıq».
Dövlət başçısı vurğulayıb ki, bütün bunların təməlində, əlbəttə ki, 1990-cı, 2000-ci illərdə ölkəmizə qoyulan böyük sərmayə dayanır: «Beləliklə, bu gün biz iqtisadi sahədə neft amilindən daha da az asılı vəziyyətdəyik. Məhz buna görə bu il iqtisadiyyatımız beş faizdən çox artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın azalmışdır. Yəni ölkəmizin şaxələndirilmiş şəkildə inkişafı, iqtisadiyyatımızın dayanıqlığı artıq reallıqdır. Və bu gün bizim qarşımızda duran əsas vəzifələr, əlbəttə ki, neft-qaz sektoru ilə bağlı deyil. Əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, neft amilindən asılılığı daha da azaltmaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, hələ ki icra edilməmiş böyük infrastruktur layihələrini icra etmək və beləliklə uzunmüddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdır».
İlham Əliyev bildirib ki, bununla bərabər, enerji sektorunda qarşımızda duran ciddi vəzifələr, təbii ki, öz həllini tapacaq: «Çünki bunun çox böyük əsası var. Bir də demək istəyirəm k, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq bu gün onu göstərir ki, Azərbaycanın xarici tərəfdaşları ilə əməkdaşlığı çox sağlam zəmində qurulub. Burada, xüsusilə mən SOCAR-BP əlaqələrini qeyd etmək istəyirəm. BP bizim əsas tərəfdaşımızdır, ən böyük sərmayə qoyan şirkətdir, həm «Əsrin müqaviləsi»nin icrasında, həm də «Şahdəniz» layihəsində aparıcı xarici investordur, tərəfdaşdır. Digər layihələr üzrə də SOCAR-BP əməkdaşlığı davam edir və bu əməkdaşlığın artıq 20 ildən çox tarixi var və bundan sonra on illiklər ərzində SOCAR-BP əməkdaşlığı davam edəcək. Bu həm dövlətimiz, həm də xarici tərəfdaşlar üçün fayda gətirir. Azərbaycanda bax belə gözəl mühit yaranmışdır. Bütün xarici sərmayələr layiqincə qorunur. Bildiyiniz kimi, bütün neft-qaz kontraktları qanuni qüvvəyə minir, parlament tərəfindən təsdiq edilir. Bu, əlbəttə ki, investorlarda bizə olan inamı daha da artırır».
Prezident çıxışında deyib ki, bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtlı-vaxtında icra edib.
İlham Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, «Şahdəniz» qaz yatağının və Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsi - bu layihələrin hər biri öz-özlüyündə nəhəng enerji layihəsidir: «Bununla bərabər, Cənub Qaz Dəhlizinin icrası prosesi də başlamışdır. Bu da tarixi hadisədir və qeyd etməliyəm ki, Azərbaycan bu layihənin icrasında öz liderlik keyfiyyətlərini və rolunu bir daha göstərmişdir. Bildiyiniz kimi, Xəzər hövzəsindən Avropaya çatdırılacaq qazın marşrutu uzun illərdir müzakirə mövzusu idi və Azərbaycan bu müzakirələrdə iştirak edirdi. Ancaq görəndə ki, bu müzakirələr konkret nəticəyə gətirib çıxarmır, biz öz təşəbbüsümüzü irəli sürdük və 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP qaz kəməri haqqında müqavilə imzalandı. Ondan sonra proseslər daha da sürətlə getməyə başladı».
Dövlət başçısı bildirib ki, Transadriatik qaz kəməri Avropaya gedən əsas ixrac marşrutu kimi seçilib və Cənub Qaz Dəhlizinin icrasına başlanıb: «Şahdəniz-2» layihəsinə start verilmişdir. Bütün bu nailiyyətləri biz son 3 ildə əldə edə bilmişik. Mən xatırlayıram, keçən il, düz bir il bundan əvvəl sərgidə çıxış edərkən demişdim ki, əminəm ki, gələn sərgidə biz yeni uğurlar haqqında xalqımıza hesabat verəcəyik. Həqiqətən də bu belədir. Keçən 21-ci sərgidən ötən dövr ərzində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Təntənəli şəkildə, Bakıda Səngəcal terminalında, özü də sentyabrın 20-də - «Əsrin müqaviləsi»nin imzalandığı bir gündə. Bu, özlüyündə böyük bir rəmzi məna daşıyan hadisə idi. Ondan sonra Azərbaycanın təşəbbüsü ilə bu ilin fevral ayında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 1-ci toplantısı Bakıda keçirilmişdir. Cənub Qaz Dəhlizində iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti və digər məsul şəxslər bu tədbirdə iştirak etdilər. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verdik. Baxın, bütün bu hadisələr son bir il ərzində - yəni keçən sərgidən ötən dövr ərzində baş vermişdir. Artıq Cənub Qaz Dəhlizi reallıqdır. Artıq icra edilir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi əslində bu yeni kəmərin tikintisi deməkdir. TANAP layihəsi vaxtlı-vaxtında, 3 ildən sonra icra ediləcək. Beləliklə, Azərbaycan «Şahdəniz-2»-dən qazı həm Gürcüstana, həm də Türkiyəyə nəql edə biləcək. Bununla bərabər, ümid edirəm ki, TAP layihəsinin icrasında da heç bir problem yaşanmayacaq. Hesab edirəm ki, burada bütün tərəflər böyük məsuliyyət göstərməlidir. Çünki bu bizim ümumi işimizdir».
İlham Əliyev deyib ki, Azərbaycanın təşəbbüsü ilə bu ilin fevralında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının müzakirələri və qəbul edilmiş mətbuata bəyanat onu göstərir ki, bütün iştirak edən tərəflər öz məsuliyyətini dərk edir: «O bəyanatda Azərbaycanın rəhbər rolu, yəni Azərbaycanın xüsusi rolu qeyd edilmişdir. Ona görə mən hesab edirəm ki, bu layihənin icrası zamanı koordinasiyaya da böyük ehtiyac var. Mən bunu Məşvərət Şurasının toplantısında da demişəm. Bu layihəni həyata keçirmək üçün mütləq qarşılıqlı inam yüksək səviyyədə olmalıdır. Bütün iştirak edən ölkələr bir nöqtəyə vurmalıdır. Burada heç kim əlavə imtiyaz əldə etmək istəməməlidir. Çünki burada hər şey göz qabağındadır, bütün müqavilələr imzalanmışdır. Bu qlobal layihədə iştirak edən bütün tərəflər, şirkətlər, ölkələr böyük xeyir götürəcəklər. Əlbəttə ki, biz indi yeni bir əməkdaşlıq formasına başlayırıq. Əvvəlki dövrlərdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı yaranmışdır və çox böyük səmərə ilə işləyirdik. Bütün layihələri 3 qardaş ölkə sıx əməkdaşlıq şəraitində icra etmişdir. İndi isə format daha da genişlənir. Buraya yeni oyunçular daxil edilir. Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinin üzvləridir. Eyni zamanda, bir neçə Balkan ölkəsi ilə Cənub Qaz Dəhlizində onların iştirakı ilə bağlı memorandumlar imzalanmışdır. Yəni görün bizim dairəmiz nə qədər genişlənib. Bir tərəfdən bu böyük üstünlükdür, digər tərəfdən, əlbəttə ki, müəyyən mərhələlərdə bəzi məsələlər ortaya çıxa bilər. Bütün bu məsələlər gərək dostluq, qarşılıqlı anlaşma şəraitində müzakirə edilsin və həll edilsin. Bir də demək istəyirəm ki, heç bir süni maneə bizim qarşımızda olmamalıdır və əminəm ki, olmayacaq. Belə olan halda biz TAP layihəsini də vaxtlı-vaxtında icra edəcəyik. Beləliklə, Azərbaycan qazı Avropa məkanına nəql edilməyə başlayacaq. Bu da tarixi hadisə olacaq. Həm bizim üçün, çünki biz çox böyük qaz bazarına çıxış əldə edəcəyik, həm də Avropa istehlakçıları üçün, çünki onlar üçün də alternativ mənbədən böyük həcmdə və artan templə qaz daxil ediləcək».
Dövlət başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizinin üstünlüyü ondan ibarətdir ki, burada yeni qaz mənbəsindən söhbət gedir: «Marşrutların şaxələndirilməsi, əlbəttə ki, vacib məsələdir. Hər bir ölkə çalışır ki, çoxşaxəli kəmərlər şəbəkəsi olsun, o cümlədən Azərbaycan, çünki bizim hazırda 7 neft-qaz kəmərimiz var. Beləliklə, biz heç bir istiqamətdən 100 faiz asılı deyilik. Təbii ki, istehlakçılar da istəyir ki, onlara çatacaq enerji resursları müxtəlif yollarla gəlsin. Ona görə də marşrutların şaxələndirilməsi, əlbəttə ki, enerji təhlükəsizliyini gücləndirir. Ancaq mənbənin şaxələndirilməsi yoxdursa, bu o qədər də böyük əhəmiyyət daşımır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, həm yeni marşrutla qaz Avropaya nəql ediləcək, eyni zamanda, yeni mənbədən bu qaz çıxacaq. Bu mənbə çox böyükdür. «Şahdəniz» qaz yatağı - Cənub Qaz Dəhlizinin hazırda yeganə resurs bazası - 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları hazırda 2,6 trilyon kubmetrdir. Əminəm ki, bu son rəqəm deyil. Bu rəqəm artacaq. Çünki hazırda bir çox yataqlarda qiymətləndirmə gedir. Bir neçə yataqda kəşfiyyat işləri aparılır. Əminəm ki, bizim qaz resurslarımız, təsdiq edilmiş resurslar daha böyük olacaq. Ona görə də enerji təhlükəsizliyi deyəndə söhbət, əlbəttə ki, marşrutların, mənbələrin şaxələndirilməsindən gedir. Burada Azərbaycanın çox unikal rolu var. Bu rol layiqincə qiymətləndirilir. Hələ 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə memorandum imzalanmışdır. Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər onu göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilib. Müvafiq sənədlərdə Azərbaycanın adı xüsusi qeyd edilir. Biz əlbəttə ki, bunu yaxşı bilirik, öz rolumuzu yaxşı bilirik, eyni zamanda, öz məsuliyyətimizi dərk edirik. Ona görə, Azərbaycan Avropa üçün özünü etibarlı tərəfdaş kimi göstərir. Gələcəkdə enerji sahəsində görüləcək işlər Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələri daha yüksək səviyyəyə qaldıracaq. Bizim niyyətimiz ondan ibarətdir ki, strateji tərəfdaşlıq formatı təsdiq edilsin və ondan sonra hər bir tərəf uzunmüddətli strategiyanı müəyyən edə bilər. Əlbəttə ki, ciddi koordinasiya şəklində bütün məsələlər öz həllini tapa bilər».
Prezident bildirib ki, Azərbaycanın həm zəngin neft-qaz resursları, həm də cəsarətli siyasəti və düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir: «Bu reallıqdır. Bizim rolumuz getdikcə artacaq. Bu, ölkəmizi daha da gücləndirəcək, ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək. Nəticə etibarilə Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcək. Bununla bərabər, dediyim kimi, biz iqtisadi sahədə islahatlar aparırıq. Azərbaycanda aparılan islahatlar dünyanın aparıcı beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Bütün iqtisadi göstəricilər ən yüksək səviyyədədir. İqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, Dünya Davos Forumunun hesablamalarına əsasən, Azərbaycan 38-ci yerdədir. Xarici borc cəmi 10 faiz səviyyəsindədir. İşsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulumuzun 75 faizini, bəlkə də ondan çox hissəsini təşkil edir. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını təmin edir. Bu ilin 4 ayında iqtisadiyyat 5,3 faiz artıb. Qeyri-neft sektorumuz isə təxminən 7 faiz artıb. Azərbaycan böyük, mötəbər beynəlxalq tədbirlər də keçirir. 10 gündən sonra tarixdə ilk dəfə olaraq məhz Azərbaycanda, Bakıda 1-ci Avropa Oyunları keçiriləcək. Bu, tarixi hadisədir. Biz cəmi 2 il ərzində bu Oyunlara hazırlıq işləri gördük. Qısa bir vaxt çərçivəsində Olimpiya Oyunları səviyyəsində keçiriləcək Oyunları təşkil etdik. Bu, ölkəmizin gücünü, güclü siyasi iradəmizi göstərir. Onu göstərir ki, biz müstəqil ölkə kimi gənc olsaq da, artıq dünya xəritəsində öz yerimizi tuta bilmişik və bu yer möhkəm yerdir.
Sərginin iştirakçılarına uğurlar arzulayıram. Sərgini təşkil edən şəxslərə bir daha öz minnətdarlığımı bildirirəm. Əminəm ki, sərgi uğurlu keçəcək, bizim beynəlxalq şirkətlərlə tərəfdaşlığımız uğurla davam edəcək».
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ