Fondun ABŞ dolları, avro və Rusiya rublu ilə hesablarına vəsait daxil olmayıb.
Qeyd edək ki, bu il aprelin 1-nə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 62 495 671 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.