çərşənbə günü, 24 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Akademik Ramiz Mehdiyevin «Nadir şah Əfşar. Diplomatik yazışmalar» kitabı - Nadir şahın türk kökənliliyi sübut edildi
Tarix: 28.05.2015 / 04:30
Bölmə: Gündəm
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «Nadir şah Əfşar: diplomatik yazışmalar» kitabının təqdimat mərasimi keçirilib. «Trend»in xəbərinə görə, təqdimat mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, zəruri sənədlərin əks olunduğu bu kitabla Azərbaycan tarixinə çox vacib, sanballı faktlarla əsaslandırılmış məlumatlar gətirilib.
1600-1700-cü illərə aid olan həmin faktlar Nadir şahin fəaliyyəti haqqında məlumatlara yeni işiq salıb. Nadir şahın çox qüddətli, böyük dövlət yaratmasına nail olduğunu deyən akademiya prezidentinin sözlərinə görə, Nadir şah Əfşar qətlə yetirildikdən sonra dövlətin dağılmasına şərait yaranıb.
A.Əlizadə bildirib ki, R.Mehdiyevin əsərləri tədqiq edilməli, yeni istiqamətlər müəyyənləşməlidir, çünki onlar Azərbaycan gəncləri üçün örnək əsərlərdir.
AMEA-mın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ümümmilli lider Heydər Əliyevin Azərbaycanın tarixi şəxsiyyətlərinin öyrənilməsi istiqamətində hələ sovet dövründə apardığı iş ölkəmizin müstəqillik dövründə daha da genişlənib: «Tarixi şəxsiyyətlərimizin yenidən öyrənilməsi Azərbaycanın yeni nəsillərinin vətənpərvər, tariximizə bələd ruhda yetişdirilməsinə imkan verir. Bu baxımdan akademik Ramiz Mehdiyevin tarixi hadisələrin öyrənilməsinə dönüşü tamamilə təbii və qanunauyğun proses sayıla bilər».
R.Mehdiyevin apardığı araşdırmaların indiyə qədər məlum olmayan mənbələrə, sənədlərə söykəndiyini deyən İ.Həbibbəylinin sözlərinə görə, «Nadir şah Əfşar: diplomatik yazışmalar» kitabı bu araşdırmaların davamı olaraq onları daha da zənginləşdirir.
Nadir şahın Azərbaycan tarixində xüsusi yerinin olduğunu xatırladan İ.Həbibbəyli qeyd edib ki, sovet tarixi əsasında indiyədək onun haqqında ən müxtəlif fikirlər mövcud olub: «Düzdür, bizə məlumdur ki, Nadir şahı Şərqin Napoleonu kimi təqdim ediblər. Amma eyni zamanda bu ad altında ona «fateh», «işğalçı», «qəddar», «qaniçən» damğaları da vurulub. Qərb, xüsusilə ermənipərəst qüvvələr, eyni zamanda Ramiz Mehdiyevin kitabından göründüyü kimi, konkret olaraq erməni müəllifləri Nadir şahla bağlı tariximizi saxtalaşdırmağa çalışıblar. Bu mənada yeni kitab zəruri ehtiyacdan yaranıb».
Akademik əlavə edib ki, R.Mehdiyev bu əsərində Nadir şahın portretini yarada bilib. Bu əsərdə ilk dəfə olaraq Nadir şah Əfşarın elmi tərçümeyi halı-onun anadan olduğu 1688-ci ildən qətlə yetirildiyi dövrədək olan hadisələr mümkün qədər tarixi sənədlər əsasında geniş şəkildə təqdim olunub.
R.Mehdiyev bu əsərində Nadir şah Əfşarın milli mənsubiyyətinə də diqqət çəkib.
Nadir şahın həmişə İran şahı kimi təqdim edildiyini deyən İ.Həbibbəyli qeyd edib ki, Nadir şah Əfşarın türk mənşəli olması barədə elmi əsaslandırılmış fikirlər olmayıb. R.Mehdiyev isə onun nəsil şəcərəsini araşdıraraq Nadir şahın türk-oğuz mənşəli nəslə mənsubluğunu sübut edib. Bunu tariximiz üçün son dərəcə vacib fakt sayan İ.Həbibbəyli deyib ki, R.Mehdiyev elmi dəlillərlə Nadir şah Əfşarın «qanicən hökmdar» olması barədə deyilən fikirlərə də aydınlıq gətirib. Akademik öz araşdırmaları ilə aydınlaşdırıb ki, Nadir şah Əfşar dövlətin qüdrətini saxlamaq, xalqın möhkəmliyini qorumaq üçün sərt siyasət həyata keçirib.
İ.Həbibbəyli deyib ki, kitabda Nadir şah Əfşar tək hərbi sərkərdə yox, iqtisadi, miqrasiya və digər sahələrdə islahatlar həyata keçirən dövlət xadimi kimi təqdim olunur: «Ramiz Mehdiyev Nadir şah Əfşarın hərbi və mülki donanma yaratmaq sahəsində fəaliyyətinə də ilk dəfə geniş yer ayırıb. Kitabda Nadir şah Əfşarın müxtəlif ölkələrlə diplomatik yazışmaları, diplomatik sahədə məharətindən bəhs edilir. Bu kitab Azərbaycan dövlətçiliyinin öyrənilməsi üçün əhəmiyyətlidir».
Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov qeyd edib ki, indiyə qədər Nadir şah Əfşar haqqında əcnəbi müəlliflərin tədqiqatları əsasında fikir yürüdülüb. Nadir şahın diplomatik yazışmaları Azərbaycan dilində indiyədək mövcud olmayıb. Bu kitabın ərsəyə gəlməsi bu sahədə mövcud olan boşluğu da əhəmiyyətli şəkildə aradan qaldıracaq: «Məlumdur ki, diplomatik məktublar mövcud reallığı ortaya qoymaq üçün kifayət etmir. Onların sətiraltı mənalarını oxumaq tədqiqatçılardan xüsusi məharət tələb edir. Araşdırmaların elmi dövriyyəyə buraxılması yaxın gələcəkdə daha böyük həqiqətlərin, Nadir şah Əfşar haqqında yeni fikir və mülahizələrin ortaya çıxmasına zəmin yaradacaq. Bu şəxsiyyətin ətrafında olan bir çox qeyri-müəyyənliklər gün işiğına çıxacaq».
E.Əmirov əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Şah Abbas Səfəvi, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar haqqında, o çümlədən də Nadir şah Əfşar haqqında mövcud stereotipləri dağıtmaq üçün əlimizdə böyük imkanlar yaranıb: «Sovet hakimiyyəti dönəmindən bəri mövcud olan tarixi əsərlərin böyük əksəriyyətinə nəzər saldıqda, nəyin şahidi oluruq? Biz görürük ki, həmin şəxsləri öz doğma xalqına yadlaşdırmaq xətti tutulur. Onların Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini kiçiltmək cəhdləri açıq-aydın görünür. Bu, qətiyyən yolverilməzdir. Təbii ki, bunun da öz səbəbləri var. Bu şəxsiyyətlər haqqında araşdırmalar aparmaq üçün ilkin mənbələrin yazıldığı dili bilmək lazımdır. Biz bəzən həmin şəxsiyyətlər barəsində olan ilkin mənbələrin yazıldığı dilləri bilməyən və bu istiqamətdə fikir yürüdən insanların mülahizələri ilə rastlaşırıq. Bu, qətiyyən yolverilməzdir».
E.Əmirovun sözlərinə görə, peşəkar elmin ən birinci tələbi, xüsusilə mənbəşünaslığın tələbi ondan ibarətdir ki, istənilən tarixi dövrlə bağlı mülahizənin bildirilməsi üçün mütəxəssis mütləq həmin dili bilməli, həmin mənbələrlə yüksək səviyyədə işləməyi bacarmalıdır: «Əks halda, ortaya qoyulan arqumentlərin heç bir dəyəri olmayacaq. Mən akademiyanı bu kitaba görə təbrik etmək istəyirəm. Bu, həqiqətən də çox böyük uğurdur. Çünki Azərbaycan mənbəşünaslığında çox böyük böyük boşluqlar var. AMEA-da böyük mütəxəssislər var. Ümid edirəm ki, bu sahədə daha böyük tədqiqatlar aparılacaq».
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, internet məkanında Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələmək meylləri müşahidə olunur: «Erməni tarixiləri də tarixi şəxsiyyətlərimizi ləkələməyə çalışırlar. Tarix İnstitutu orta məktəb kitablarına bu mövzunu «Nadir şah Əfşar» imperiyası adı altında daxil edib. Akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın Azərbaycanın dövlət xadimi olduğunu ortaya qoyub».
Y.Mahmudov deyib ki, Nadir şah Əfşar Səfəvilər imperiyasının sərhədlərini bərpa edib, o cümlədən Hindistanı da bu imperiyadan asılı vəziyyətə salıb: «Nadir şah Əfşar Səfəvilər dövründə başından əmmaməni çıxararaq hərbi sərkərdə paltarı geyindi. Nadir şah Əfşar məzhəb ayrı-seçkiliyində rol oynayan mollaları, din xadimlərini ciddi cəzalandırmaqla məzhəb ayrıseçkiliyinə son qoymağa çalışıb».
DİGƏR XƏBƏRLƏR
Tarix: 23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi -
“Hansı üzlə?..” cavabını aldı
Tarix: 23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...
Tarix: 23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir....
Mansur Yavaş ifşa edir...
Tarix: 22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu -
Yürüyüş…
Tarix: 21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış -
“…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…
Tarix: 20.06.2026 / 08:02
Kılıçdaroğlu canlı yayımda təqdimatına etiraz etdi, studiyada gərginlik yaşandı
Tarix: 19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? –
Vikiliks açır...
Tarix: 19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi -
amma qurultay tələbi keçməzsə...
Tarix: 19.06.2026 / 08:45
Sənətçi etiraz etdi -
“Xəbərim yoxdu…”
Tarix: 18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...
Tarix: 17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı -
Vens “gedəcək”…
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...
Tarix: 22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...
Tarix: 18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...
SON XƏBƏRLƏR
23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi
- İranda XƏYANƏT QALMAQALI…
23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...
23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...
23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi
23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır
- Zelenskinin hərbi-taktiki planı...
23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb
23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır
- regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...
23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış -
Ölənlər var…
23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi -
“Hansı üzlə?..” cavabını aldı
23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...
23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...
23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...
23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ
23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib
23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu
- Əhliman ƏMİRASLANOV yazır...
23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...
23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...
23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...
23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi
23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...
23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib
- VİDEO
23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...
23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır -
xalqa müraciətdə müəmmalı fikir...
23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür
- " tam ləğv etmək olar"...
23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...
23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...
23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı -
2 hakim vuruldu...
23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...
23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır -
İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...
23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı -
narahatlıqlar var...
23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu -
seçkidən əvvəl gözlədiklərinin əksini görür...
23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı
- FOTO
23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
- FOTO
23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
- FOTO
23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
- FOTO
23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb:
"Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"
23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır
23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...
23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
- FOTO
23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
- FOTO
23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya
- "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`
23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
- FOTO
23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...
23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar
- FOTO
23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....
23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı
23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı
23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi
– artıq əvvəlki kimi olmayacaq…
23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…
23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir"
- :
23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
- FOTO
23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
- FOTO
23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...
23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb
23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı
23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə...
- FOTO
23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı
- Səudiyyə və BƏƏ üsyan etdi...
23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...
23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?
23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır"
- Məleykə Abbaszadə
23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...
23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...
23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir....
Mansur Yavaş ifşa edir...
22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya
- bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…
22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)
22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...
22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı
- ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...
22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...
22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar?
- Vüsalə AĞABƏYLİ yazır...
22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı
- “...balansı mütləq dəyişdirməliyik”...
22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…
22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır?
- Nazir səbəbini açıqladı...
22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil"
- Nazir
22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı
22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...
22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
- FOTO
22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...
22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu -
Yürüyüş…
22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"-
İddia…
22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari -
tarix təkrarlana bilər...
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...
Populyar xəbərlər
Tarix: 16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi -
Dünya Kuboku bitənə kimi…
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
Tarix: 28.05.2026 / 19:37
ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb
Tarix: 14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
XƏBƏR ARXİVİ