şənbə günü, 07 noyabr 2026
     

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bu gün Azərbaycan ən inkişaf etmiş ölkə ola bilərdi”

Image


"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır”. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zaman deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir:

"Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət etdim.

Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.

Eyni zamanda, əfsuslar ki, itkilərimiz də olmuşdur. Onların içində ən böyük itkimiz İrəvanın Ermənistana verilməsi olmuşdur. Bu, sağalmayan yaradır. Əlbəttə, biz tarixi həqiqətləri bilməliyik. Əfsuslar ki, tarix yaşlı nəslə təhrif edilmiş şəkildə təqdim olunurdu. Biz oxuduğumuz tarix kitablarında tarixi həqiqətləri görmürdük. Ona görə, bəzi qaranlıq məqamlar da olmuşdur. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyaya açıqdır. Bu gün bütün tarixi həqiqətlər hər bir Azərbaycan vətəndaşı üçün bəllidir, artıq sirr deyil. İrəvanın Ermənistana verilməsi əlbəttə ki, böyük səhv idi. Əfsuslar olsun ki, bu addım gələcəkdə Azərbaycana yönəlmiş erməni işğalçı siyasətini dayandırmamışdır.

Respublikanın ömrü qısa olmuşdur. Əgər iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi. Ondan sonra sovet dövrü başlamışdır. Sovet dövründə həm müsbət, həm mənfi tərəflər var idi. Hesab edirəm ki, bizim alimlər sovet dövrünü də və Azərbaycanın rolunu da daha geniş şəkildə təhlil etməli, sanballı elmi əsərlər təqdim edilməlidir. Necə ki, vaxtilə mənim məsləhətimlə alimlərimiz İrəvan xanlığı haqqında çox dəyərli, tarixi həqiqətə əsaslanmış elmi əsər yaratmışlar”.

Dövlət başçısı vurğulayıb ki, Sovet dövrü də mürəkkəb dövr idi, Azərbaycan müstəqil, azad deyildi:

"Ancaq, eyni zamanda, xalqımız inkişaf edirdi. Azərbaycanda o illərdə elm, təhsil inkişaf edirdi. Bu gün biz qürur hissi ilə deyirik ki, Azərbaycanda savadlılıq 100 faiz səviyyəsindədir. Bunun əsası əlbəttə ki, sovet dövründə qoyulmuşdur.

Ölkəmizin sənaye potensialı inkişaf edirdi, xüsusilə neft sənayesi. Bu yaxınlarda faşizm üzərində Qələbənin 70 illiyini qeyd edərkən bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı, Azərbaycan neftçiləri ümumi Qələbəyə nə qədər böyük töhfə vermişlər. Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri fərqli ola bilərdi.

Sovet dönəmində Azərbaycanın sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sadəcə olaraq, statistik rəqəmlərə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. Məhz 1970-ci illərdən başlayaraq Azərbaycanda çox böyük quruculuq işləri aparılmışdır. Əgər 1970-ci illərə qədər Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdə idisə, 1980-ci illərin əvvəllərində Azərbaycan ən qabaqcıl yerlərə çıxa bilmişdir. Rusiya Federasiyasından başqa, cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri də Azərbaycan idi”.

İlham Əliyev deyib ki, Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi:

"O dövrü də biz hamımız yaxşı xatırlayırıq. O dövr də çox ağır dövr idi. O dövrdə Azərbaycan böyük itkilər vermişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Xaos, anarxiya, iqtisadi və siyasi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi. Xüsusilə Kəlbəcər, Laçın, Şuşa rayonlarının işğalından sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bu, müharibənin birinci mərhələsinin yekunlarına əlbəttə ki, öz mənfi təsirini göstərmişdir.

1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi. Əlbəttə, sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf etsin. Siyasi sabitlik, ondan sonra iqtisadi sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, siyasi, iqtisadi islahatlar aparılmağa başlanmışdır. Bir sözlə, o tarix – 1993-cü il müstəqil Azərbaycanın yeni dövrünün başlaması idi. Əslində müstəqilliyimiz məhz o vaxt başlamışdır. O dövrdən başlayaraq bu günə qədər Azərbaycan sürətlə inkişaf edir.

Mayın 10-da - Ulu Öndərin doğum günündə o dövrü və ondan sonrakı dövrü mən geniş təhlil etdim. Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız, azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. Bizim güclü iqtisadi dayaqlarımız var. İqtisadi potensial həm iqtisadi, həm də siyasi müstəqilliyimizi şərtləndirir. Beynəlxalq aləm Azərbaycanın dünyadakı rolunu qiymətləndirir və bizə çox böyük dəstək verir.

Ölkəmizdə bütün işlər müsbət istiqamətdə inkişaf edir. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi və maliyyə böhranı, - bu böhran bütün dünyanı bürümüşdü, - Azərbaycana çox az təsir etmişdir. Hazırda yenə də dünyada yaşanan siyasi, hərbi və iqtisadi böhran Azərbaycana təsir etmir. Ona görə ki, biz düşünülmüş siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Milli maraqlar, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Biz öz gələcəyimizi bunda görürük. Müstəqil siyasətin aparılması həm ölkədəki vəziyyəti daha da sabitləşdirir, eyni zamanda, dünya miqyasında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün çəkisi var və bizim rolumuz həm regionda, həm qitədə, həm də dünyada artmaqdadır.

Biz buna özümüz nail olmuşuq - Azərbaycan xalqının zəhməti, istedadı hesabına və düşünülmüş siyasət nəticəsində. Heç kim bizə kömək etməmişdir. Bu gün reallıqlar onu göstərir ki, dünya miqyasında Azərbaycan kimi sürətlə inkişaf edən ölkə çətin tapılsın.

Eyni zamanda, ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb. Azərbaycanda azad cəmiyyət mövcuddur. Bütün azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim uğurlu inkişafımızı təmin edir. Baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, böhranlar yaşanır. Əvvəldən qalan münaqişələr öz həllini tapmır, üstəgəl yeni münaqişə zonaları yaradılır. Bu, bizim gözümüzün qabağındadır. Ancaq Azərbaycan burada yenə də sabitliklə, düşünülmüş siyasətlə seçilir. Azərbaycan bu gərgin məkanda nəinki sabitlik adasıdır, eyni zamanda, sabitləşdirici amildir. Bizim bölgəyə çox müsbət təsirimiz var. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat təşəbbüsləri regional əməkdaşlığın əsasını təmin edir və burada Azərbaycanın rolu artır. Əlbəttə, bu, bizi sevindirir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin inkişafına çox müsbət təsir göstərir.

Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır.

Bu gün bayram ərəfəsində mən qarşıda duran vəzifələr haqqında öz fikirlərimi bildirmək istəyirəm. Mən bu məsələlərlə bağlı mütəmadi qaydada öz sözlərimi deyirəm, çıxış edirəm, xalqa hesabat verirəm və gələcək istiqamətlər haqqında fikirlərimi çatdırıram.

Daxili siyasətlə bağlı bizim çox konkret proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək. Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir:

"Bunu Azərbaycan xalqı qeyd edir, görür. Eyni zamanda, Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilir. Bu da bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir.

Azərbaycanda daxili siyasətlə bağlı digər məsələlər də müsbət istiqamətdə tənzimlənir. Xalqla iqtidar arasında birlik bizim uğurlu inkişafımızın əsas şərtidir. Azərbaycanın uğurlu inkişafı təmin edilir.

Təhlükəsizliklə bağlı tədbirlər indi bütün ölkələri düşündürür. Biz bu işlərlə ciddi məşğuluq və məhz buna görə Azərbaycanda kriminogen durum çox müsbətdir. Biz adambaşına düşən cinayətlərin sayının azlığına görə dünyada ən yaxşı yerlərdən birini tuturuq. Azərbaycanda siyasi, iqtisadi islahatlar, insanların rifah halının yaxşılaşması, eyni zamanda, təhlükəsizlik tədbirlərinin tətbiqi nəticəsində bu gün deyə bilərəm ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Əlbəttə ki, xaricdən təhdidlər ola bilər, xüsusilə, terrorizmlə bağlı təhdidlər. Ancaq bizim hüquq mühafizə orqanları bu məsələlərlə bağlı ciddi fəaliyyət göstərirlər. Əminəm ki, Azərbaycan xalqı bundan sonra da təhlükəsizlik şəraitində yaşayacaqdır.

Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Mən bunu alqışlayıram. Deyə bilərəm ki, bir çox hallarda bu tədbirlərin təşəbbüskarı da mənəm. Mən hesab edirəm ki, bu, ölkəmizin inkişafı üçün çox vacibdir. Eyni zamanda, dünyada Azərbaycanı daha da çox tanıyacaqlar, Azərbaycana daha da çox hörmət edəcəklər. Deyə bilərəm, təmasda olduğum və Bakıya gələn bütün qonaqlarla apardığım söhbət əsnasında onlar qeyd edirlər ki, Azərbaycanın və Bakının bu qədər inkişaf etmiş ölkə və şəhər olduğunu gözləmirdilər.

Azərbaycanda siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, forumlar, mədəniyyətlərarası forumlar keçirilir. Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Qlobal Bakı Forumu keçirilmişdir. Azərbaycanda Beynəlxalq Humanitar Forum keçirilir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Biz gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsini təmin edəcəyik. Bu gün Bakı, Azərbaycan regionun iqtisadi, siyasi və mədəni mərkəzlərindən biridir.

Xarici siyasətlə bağlı bizim düşünülmüş addımlarımız ölkəmizin imicini yüksəldir. Bu da göz qabağındadır. Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu, xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki, ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar - həm siyasi əlaqələr, həm də iqtisadi investisiya baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir.

Beynəlxalq təşkilatlarla əlaqələrimiz də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik və bundan sonra da fəal iştirak edəcəyik. İlk növbədə, BMT-də və Qoşulmama Hərəkatında. Bu qurum BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan əvvəl üzv olmuşdur və dərhal bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həlli ilə bağlı qətnamə qəbul etmişdir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının baş katibi ölkəmizdə olarkən Azərbaycanın rolu haqqında danışırdı. Eyni zamanda, biz Avropa Şurasının üzvüyük və bu yaxınlarda Avropa Şurasına sədrlik edirdik. Bu əməkdaşlıq da həm bizim, həm də Avropa Şurası üçün çox önəmlidir. Bu yaxınlarda III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qeyd edilirdi ki, məhz Azərbaycan "Bakı prosesi”nin müəllifi olmuşdur. "Bakı prosesi” Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət sahəsində və başqa sahələrdə dialoqun əsasını təşkil etmişdir.

Bizim bu nadir rolumuz bu gün həm müsəlman aləmində, həm də Avropada yüksək qiymətləndirilir. Sizə deyə bilərəm ki, heç bir başqa ölkə hazırda bu rolu öz üzərinə götürə bilməz, götürsə də bizim qədər uğur əldə edə bilməz. Çünki Azərbaycanda bu müsbət prosesin inkişafı üçün çox möhkəm tarixi əsaslar var. Əsrlər boyu Azərbaycanda multikulturalizm meyilləri yaşayıb. Sadəcə olaraq bu, yeni söz olduğu üçün biz bu sözü bilmirdik və bu sözü tələffüz etmək o qədər də asan deyil. Ancaq bu anlayış Azərbaycanda həmişə var idi. Üstəgəl bu gün bizim dövlət siyasətimiz də bu əsaslar üzərində qurulur və bu siyasət real siyasətdir. Bu, hansısa şüar naminə deyilən sözlər deyil. Çünki, bilirsiniz, beynəlxalq aləmdə, hər kəs şüarı real işdən ayıra bilir. Ona görə, bu nadir rolu Azərbaycan öz üzərinə götürüb. Götürməyə də bilərdi. Götürməsəydik də, bilirsiniz, hər halda bizim iqtisadi, siyasi inkişafımız üçün heç bir problem yaranmazdı. Amma biz bu rolu üzərimizə götürürük. Çünki biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində, məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.

Bütün bu müsbət inkişafın təməlində əlbəttə ki, bizim iqtisadi islahatlarımız, iqtisadi uğurlarımız dayanır. Mən bu barədə də kifayət qədər öz sözlərimi demişəm. Bütün iqtisadi göstəricilər ən müsbət mənzərə yaradır. Hətta bu il neftin qiymətinin iki dəfə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız ötən dörd ayda beş faizdən çox, qeyri-neft sektorumuz təxminən yeddi faiz artıb. Qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun təxminən 70 faizini təşkil edir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun təxminən 70-75 faizini, bəlkə də daha çox təşkil edir. Xarici borc 10 faiz ətrafındadır. Yoxsulluq, işsizlik beş faiz səviyyəsindədir. Daha bundan artıq deməyə söz qalmır və ehtiyac da yoxdur.

Gələcəklə bağlı siyasətimiz ondan ibarətdir ki, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı təmin ediləcək. Azərbaycanda dayanıqlı inkişaf modeli tətbiq edilir. Əlbəttə ki, gələcəkdə sənayenin inkişafı, kənd təsərrüfatı istehsalının, ixrac potensialımızın artırılması daim diqqət mərkəzində olacaqdır.

Azərbaycanda indi sənayeləşmə prosesi gedir. Kənd təsərrüfatı da sürətlə inkişaf edir. Bu il "Kənd təsərrüfatı ili” elan edilmişdir. Əsas hədəfimiz budur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik. Həmçinin güclü rəqabətqabiliyyətli ixrac potensialı da yaratmalıyıq. Çünki gələcəkdə kənd təsərrüfatımız ancaq ixrac hesabına sürətlə inkişaf edə bilər. Yaxın bir neçə il ərzində biz daxili tələbatı tam yerli istehsal hesabına təmin edəcəyik.

Nəqliyyatla bağlı gələcək planlarımız artıq görülmüş işlər əsasında qurulur. Ümid edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda işə düşəcək. Bu da dünya üçün çox əhəmiyyətli layihədir. Hazırda Azərbaycanda yeddi aeroport fəaliyyət göstərir, onlardan beşi beynəlxalq statusa malikdir. Xəzərdə ən böyük dəniz limanı yaradılır. Eyni zamanda, gəmiqayırma zavodu işə düşüb, vaqonqayırma zavodu tikilir. Yəni, Azərbaycan logistik və nəqliyyat mərkəzi kimi artıq dünya xəritəsində öz mövcudluğunu təsdiq edir. Gələcəkdə bu sahəyə qoyulacaq investisiyalar əlbəttə ki, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasına kömək göstərəcək. Şimal–Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycan ərazisindən keçir. Hər iki istiqamətdə çox fəal iş aparılır”.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ