şənbə günü, 07 noyabr 2026
     

Prezidentə xəyanət və dövlətin sərt üzü - 16 mərtəbəli CİNAYƏT

Image


Azərbaycan Prezidenti bu ölkənin vətəndaşının həyatını hər şeydən önəmli saydığını bircə kəlmə ilə izah etdi: "Avropa Oyunları bu faciənin qarşısında heçə bərabərdir". Bilirsinizmi bu nə deməkdi? Dövlətin dünya miqyasında siyasi nüfuzunu artıracaq, iqtisadi perspektivlər yaradacaq xüsusi əhəmiyyətli heç bir tədbir ana qucağından yenicə ayrılmış körpələrin belə faciəsinin üstündə dayana bilməz. Bu bir Azərbaycan nümunəsidir. Ləyaqətli dövlət başçısının öz xalqına verdiyi qiymətdir!
***
Bakıda ağır cinayət hadisəsi baş verdi. İştahası sərhəd tanımayan məmurlar və onların gözünü rüşvətlə bağlamış "iş adamı" epitetli yaramaz alverçi dəstəsi insanları diri-diri yandırdılar... Əlbəttə, həmin o keyfiyyətsiz üzlük materiallarını satanlar da, onları alıb binaları "bəzəyənlər" də bilirdilər ki, insanları hansı təhlükələrlə üz-üzə qoyurlar. Bilirdilər ki, əllərindəki zibil bir gün Bakını oda bürüyəcək. Bax, elə bütün bunların fərqində ola-ola elə bir cinayətə əl atdılar ki, TÜSTÜSÜ hələ də təpəmizdən çıxır...
***
Dövləti tanımayan, xalqdan uzaq düşən və ancaq qarnının hayında olan bu "abadlaşdıranlar" dəstəsi - penoplast və penopoliuretan mafiyası bir neçə ildir ki, Bakını və ölkənin digər şəhərlərini "bəzəməklə" məşğuldur və onlara milyonlar qazandıran bu məşğuliyyət, belə görünür ki, dövlətin müvafiq qurumlarının diqqətini o qədər də çəkməyib. Hər halda, mayın 19-da baş vermiş yanğın hadisəsilə bağlı yaradılmış dövlət komissiyasının iclasında baş prokuror Zakir Qaralovun dediklərindən belə məlum oldu ki, binaların üzlənməsi işləri bəzi hallarda rayon icra Hakimiyyətlərilə müqavilə bağlanmadan aparılıb. Maraqlıdır, icazəsiz quşun də uça bilmədiyi bir dövrdə necə olub ki, yerli icra orqanları binalara üzlük vurulduğuna diqqət yönəltməyiblər? Necə olub ki, bir kimsə yaxınlaşıb işlərin hansı sənədlər əsasında aparılması ilə maraqlanmayıb? Əlbəttə, buna heç kəs inanmaz. Artıq hər kəsə aydındır ki, keyfiyyətsiz üzlük materialları ilə binaların üzərində dekorasiya işlərinin aparılması dövlətin vəsaitlərinə qənim kəsilmiş bir qrup yerli məmurun əlavə "dolanışıq" yeri olub. İstifadə olunan material keyfiyyətsiz və insan həyatı üçün təhlükəli olsa da, sənədlərdə tamam başqa "standartlar" yer alıb və bununla külli miqdarda dövlət vəsaiti ayrı-ayrı şəxslərin cibinə axıb. Bu adamlar Prezidenti aldadıb, binaların üzlənməsində istifadə olunan materialların keyfiyyəti barədə ona həqiqətə uyğun olmayan məlumatlar veriblər. Dövlət başçısının özü bunu komissiyanın iclasında açıq şəkildə bildirdi: "Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır".
***
Şübhəsiz, çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğına görə məsuliyyət daşıyanlar cəzasını alacaq. Prezidentin qətiyyətli mövqeyini hər kəs gördü və eşitdi. Dövlət başçısının etimadından sui-istifadə olunub və bu xəyanət xarakterli əməllər son nəticədə insanlara öz evlərinin içində od vurulması kimi dəhşətli bir faciəyə gətirib çıxardı. Bizi bundan əvvəl ancaq ermənilər bu şəkildə yandırmışdı... Təəccüblənməyin, əslində elə də böyük fərq tapa bilməzsiz. O qədər ağır bir faciə baş verib ki, buna baiskar olanları erməni terrorçuları ilə müqayisə etməkdən başqa seçimimiz yoxdur. Bu, mayası rüşvətlə yoğrulmuş bəzi məmurların insanların qanını içməyə hazır olan "iş adamı" epitetli vampir sürüsü ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi mərhələli terror aktı idi. Bu cinayət bilirsinizmi haradan başlayıb? Həmin o üzlük materiallarının oda davamlılığını təmin edən xüsusi qatqıdan istifadə olunmayıb. Çünki bu qatqı materialı bahadır və onu tenxnologiyaya uyğun istifadə edəndə məhsulun maya dəyəri artır, istehsalçıların qazancı isə azalır. Bax, beləcə kimlərinsə artıq tamahı bizim hamımızı yandırıb-yaxdı...
***
Prezident ona inananları, ona səs verənləri diri-diri yandırmış, mələk kimi körpələrin həyatına son qoymuş bir kimsəni bağışlamayacaq. Bu işdə hər hansı formada iştirakı olmuş, dövlətin vəsaitlərini talamış, Prezidenti isə aldatmış hər bir kəs ən ağır formada cəzalandırılacaq. Bunu dövlət başçısı qətiyyətlə bildirdi: "Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə edilən materialların keyfiyyəti yüksək olub. Ancaq sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkar olunub. Əgər bu belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir və bu işlərdə, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi".
***
Baş vermiş yanğın hadisəsi təbii olaraq ölkə mətbuatı və sosial şəbəkələrdə də müzakirə olunur. Kimi öz səmimi üzüntüsünü nümayiş etdirir, kimi də növbəti bir fürsət yaranıbmış kimi dövləti ittihamların hədəfinə gətirməyə çalışır. Hətta aralarında insanların faciəsindən sevincək düşmüş vicdansızlara da rast gəlinir ki, bu hadisədən siyasi məqsədlər üçün yararlanmaq istəyir və bütün çərçivələri aşaraq çıxışlarını iyrənc bir ritorika üzərində kökləyirlər. Öz ailəsini idarə edə bilməyən, övladlarını taleyin ümidinə buraxıb tüfeyli həyat sürən adamlar da bu aralarda dövləti idarə etməyin yolları barədə statuslar yazır, müxtəlif fikirlər, təkliflər səsləndirirlər. Əgər kimsə doğrudan da hesab edirsə ki, Prezident penoplast sexlərinə gedib həmin o üzlük materiallarının hazırlanmasında istifadə olunan maddələri araşdırmalıymış, onda həmin adam siyasətin başını buraxıb təcili olaraq həkimlərə müraciət etməlidir. Bəli, baş vermiş hadisə göstərdi ki, Azərbaycanda yerində olmayan bir qrup məmur, Prezidentin etimadını doğrultmayan, onun "Xalqın yanında olun, insanların problemlərini həll edin" kimi çağırışlarından nəticə çıxarmayan məsuliyyətsiz səlahiyyət sahibləri var. Onların kimliyini Prezident də bilir və çox keçməyəcək, biz həmin adamları layiq olduqları yerlərdə görəcəyik. Hər halda, dövlət başçısının çıxışındakı bu məqam başqa qənaətlər yarada bilməz: "Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir daha demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimlərdir və bu hadisəyə görə kimlər məsuliyyət daşıyacaq... Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir".
***
Azərbaycanın əli milyardalarla oynayan oliqarx- iş adamlarının bir çoxunu xalqa və dövlətə heç nə bağlamır. Onlar öz varidatlarına görə istənilən vaxt xalqa da, dövlətə də xəyanət etməyə hazırdırlar. Sonuncu yanğın hadisəsi bunu bir daha nümayiş etdirdi... Bir qrup dəllal yığnağı var ki, məhz onlar xalqla dövləti üz-üzə qoyur. Əlbəttə, Azərbaycan indi elə bir inkişaf mərhələsindədir ki, onun dayaqlarını sarsıtmaq asan məsələ deyil. Ölkə Prezidentinin qurduğu sosial-iqtisadi sistem istənilən təlatümün qarşısında duruş gətirə biləcək gücdədir. Bu sistemi pul hərisi olan iş adamları dəstəsinin, penoplast mafiyasının cinayətlərilə zəiflətmək mümkün deyil. Azərbaycan dövlətinin güvəndiyi sədaqətli məmurları, ictimai-siyasi sabitliyi təmin edən, ölkənin iqtisadi inkişafına xidmət göstərən peşəkar kadrları, saat kimi işləyən qurumları, arxalana biləcəyi iş adamları da var .Söhbət qarşısında yaşıl işıq yandırılmış adamların bir qrupunun xəyanətkar davranışlardan gedir ki, onlar hətta körpə uşaqları diri-diri yandırmaq kimi dəhşətli cinayətə belə sürükləndilər... Bu, əvvəlcədən əlbir olaraq kütləvi qətl hadisəsi təşkil etmək kimi ağır bir cinayətdir ki, bədəli ağır olacaq!
***
Yaşadığımız ağır faciə bir həqiqəti də növbəti dəfə üzə çıxardı: Azərbaycan Prezidenti həmişə xalqın yanındadır. O, dövlət başçısı kimi bu ağır günlərdə üzərinə düşən bütün müvafiq addımları atdı. Dövlətin mənafeyini özünün merkantil maraqlarına qurban verənləri isə İlham Əliyev heç vaxt bağışlamayacaq! Belələrinə Prezidentin həmişə bir sözü olub: "Cinayət törətmisənsə, get cəzasını çək, vəssalam". Bu bir Azərbaycan nümunəsidir.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ