Sonra Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsdi.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verdi. Bildirildi ki, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb. Göldə fəvvarələr quraşdırılıb. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının ərazisini gəzdilər.