Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci Polis bölməsində müvafiq qərargah yaradılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, yanğın baş vermiş binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 09:00-dan 19:00-dək (nahar fasiləsi olmadan) Binəqədi RPİ-nin 5-ci Polis bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng edə bilərlər:
(012) 590-64-33 - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin "Qaynar xətt"i;
(012) 563-56-97 - Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;
(012) 406-02-02 - Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsi;