Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 10.1-ci maddəsinə (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi) əlavələr edilir. Edilən əlavəyə görə, "Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.