Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Trend-in məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".