Azərbaycan Respublikasının Prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilmişdir. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.
Dövlətimizin başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib.