şənbə günü, 07 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Krım radiosunda Qobustan proqramının azərbaycanlı müəllifi nələr açdı...
Tarix: 21.05.2015 / 02:41
Bölmə: Gündəm
Həbib Məmmədov: "Diaspor rəhbərliyinə deyirdim ki, Azərbaycandan bura müğənni xanımları dəvət edirsiniz, alimlər, tarixçilər isə..."
Krım radiosunda Azərbaycan dilində "Qobustan" proqramı fəaliyyət göstərir. 1997-ci il martın 21-də - Novruz bayramı günü ilk dəfə efirə çıxan ana dilli proqramın müəllifi və redaktoru Həbib Məmmədov "Bakı-Xəbər"in qonağı oldu...
- Həbib müəllim, bildiyimiz qədər, Siz Bakıda müəllimliklə məşğul olmusunuz. Birdən-birə müəllimlik fəaliyyətinizi dayandırıb Krıma getdiniz. Krıma getmək istəyiniz hardan yarandı?
- Azərbaycandan Krıma gedənlər ya istirahətə gedirlər, ya da gün-güzəran, pul qazanmağa. Gedənlərin 99 faizi alver edib pul qazanmağa gedir. Ancaq mənim Krıma getməyim nə istirahət, nə də pul qazanmaq məqsədi daşıyırdı. Azərbaycanın dərdlərini yaymağa, mədəniyyətini təbliğ etməyə getdim. Azərbaycan xalqı böyük xalqdır, bizim çox zəngin mənəvi dəyərlərimiz, qədim mədəniyyətimiz, qədim tariximiz var. Digər tərəfdən də, biz Qarabağ problemi yaşayırıq. Azərbaycan xalqı günahı olmadan müharibəyə cəlb edilib və zaman-zaman torpaqları ermənilər tərəfindən işğal edilib. Məni narahat edən bu dərdlərə görə Xətai rayonu Əhmədli qəsəbəsində işlədiyim məktəbdən ayrıldım...
- Neçənci ildə getdiniz?
- 1996-cı ildə. Mən o vaxt Bakıda müalicə alan xocalılılarla görüşürdüm, onlar barəsində silsilə yazılar yazırdım. O məqalələr "Bakı-Baku", "Səhər" qəzetlərində və digər mətbuat orqanlarında çap olunurdu. Sonra fikirləşdim ki, mənim səsim ancaq respublika daxilində eşidilir, amma Azərbaycanın səsi ölkə hüdudlarından kənara yayılmalı, bütün dünya Azərbaycan həqiqətlərini duymalıdır. Hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ziyalısı Azərbaycan Respublikası Prezidentinə kömək olmalıdır, dövlətimizin apardığı siyasəti yaymalı, təbliğ etməlidir. Mən həm bir ziyalı, həm də bir vətəndaş kimi bu işə başlamağa qərar verdim. Mən Rusiyaya da, digər yaxın respublikalara da, elə Krıma da məktublar yazırdım ki, icazə verin gəlib orada məktəb açım.
- "Bazar günü" məktəbi açmaq istəyirdiniz yəqin ki?
- Bəli. Mən ideyama ilk müsbət cavabı Krımın Sevastopol şəhərindən-oradakı "Vətən" Cəmiyyətindən aldım. Onlar cavab yazdılar ki, burada məktəb açmaq lazımdır, müəllimə ehtiyac var. Onu da deyim ki, mənim Krıma getməyə yol pulum yox idi, məktəbdən aldığım məvacib o qədər çox deyildi ki, onunla harasa gedə biləm. O vaxt düşünürdüm ki, Bakıda imkanlı adamlar çoxdur, biznes sahibləri var, onlar mənim Krıma getməyimə maddi cəhətdən kömək edəcəklər, gedib orada Azərbaycanı təbliğ edəcəyəm, uşaqlara ana dilimizi, tariximizi tədris edəcəyəm. Təəssüf ki, gözləntilərim özünü doğrultmadı...Yayındırıcı cavablar verən iş adamları sayəsində səfərim xeyli ləngidi. Onda gördüm ki, iş adamlarının çoxunun vətən sevgisi dilindədir, onlar mənə kömək etmədilər. Lakin bütün çətinliklərə baxmayaraq, Krıma getməyə nail oldum...
- Krımda necə qarşılandınız? Krım əhalisinin Qarabağ həqiqətləri barədə bilgisi var idimi?
- Mən sualınıza cavab verməzdən əvvəl istəyirəm oradakı diasporumuz haqqında danışım. Onlar gərək Azərbaycanı yaxşı təbliğ etsin, bu sahədə aktiv olsunlar. O aktivliyi Krımda görmədim. Diaspor var, insanlar yığışırlar da, çıxışlar da edirlər, lakin məqsədsiz toplaşırlar...
- Deyirsiz ki, onların işləri nəticə vermir...
- Bəli. Ona görə nəticə vermir ki, Azərbaycan ziyalıları arxa planda təsvir olunur. Azərbaycanı təbliğ etmək üçün onun tarixini, mədəniyyətini, keçdiyi yolu bilmək lazımdır. Bu işi bilməyən Azərbaycanı necə təbliğ edə bilər? Oradakı diaspop üzvləri bazardan seçilmiş adamlardır. Yəni kimi pulu var, bazarı idarə edirsə onu da irəli çəkib dispor sədri qoyurlar. Mən özüm bir neçə dəfə diaspor yığıncaqlarında iştirak edib kəskin çıxışlar etmişəm. İlk kəskin çıxışlarım Sevastopol şəhərində fəaliyyət göstərən diaspor qurumunun yığıncaqlarında başladı. Onlara deyirdim ki, belə fəaliyyət göstərmək olmaz, ermənilər bizə qarşı güclü təbliğat aparır, siz onların qarşısına tarixi faktlar qoymalısınız. Axı ermənilərin Qarabağa köçürülmə tarixi var. Onlar bizim torpaqlara dünən gəlib. Bunları demək lazımdır. Gərək özümüzünkülər bunu bilsin və başqa xalqlara da çatdırsın. Bu gün tarixçilərimiz böyük işlər görür, yeni araşdırmalar, tarixi faktlar çıxarırlar, onları xaricə çatdırmaq lazımdır. Dövlət öz işini görür. Bəs ziyalılar, xaricdə fəaliyyət göstərən diaspor qurumları niyə bu sahədə iş görmür?
- Məktəb aça bildinizmi?
- Bəli. "Bazar günü" məktəbini açdıq, bir il də fəaliyyət göstərdi. Onu da deyim ki, oradakı ailələrin uşaqları Azərbaycan dilinə, mədəniyyətinə yaddır. Ata azərbaycanlı, ana isə rusdur. Ana uşağa rus dilini, rus mədəniyyətini öyrədir. Əsas yük atanın üzərinə düşür, o, uşağına Azərbaycan dilini öyrətməlidir, mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi təlqin etməlidir. Uşaqların Qarabağ haqqında məlumatı olmalıdır. Həftədə bir dəfə uşaqları yığıb onlara Azərbaycanı öyrədirdim. Azərbaycan dilindən, tarixindən danışırdım, xəritəni göstərirdim. Uşaqları Azərbaycana yovuşdurmaq, onlara bu hissləri aşılamaq istəyirdim. Azərbaycançılıq ruhunu uşaqlarda öldürüblər, burada uşağın günahı yoxdur, təqsirkar atalarıdır. Diaspor nümayəndələri evlərə getməli, azərbaycanlı uşaqlarla iş aparmalıdır. Mən dispor rəhbərliyinə deyirdim ki, siz Azərbaycandan bura musiqiçiləri, müğənni xanımları dəvət edirsiz, eybi yox, onlar da gəlməlidir, ancaq onlarla bərabər alimlər, tarixçilər, yazıçı və şairlər də dəvət edin, gəlib Azərbaycan haqqında danışsınlar. Mənə cavab verdilər ki, bura alim yeri deyil, biz akademiya açmırıq. Bəs onda təbliğatı necə aparmalıyıq?
- Məktəb niyə bağlandı?
- Maraqlı olmadılar. Məktəb bağlanandan sonra məni bazara apardılar, bir il bazarda araba çəkdim. Nə olar, adam araba da çəkər, burada eyib iş yoxdur. Birinci Pyotr Hollandiyada gəmi düzəldirdi, işləyirdi, o bunu rus xalqının xeyri üçün edirdi.
- "Qobustan" verilişindən danışaq. Bu proqramın açılması haqda danışmağınız maraqlı olar. "Qobustan"a qədər Krım radiosunda Azərbaycan dilində veriliş var idimi?
- Bilirsiz ki, Krım çoxmillətli bir diyardır. Krım radiosunda müxtəlif xalqların dilində proqramlar yayımlanır. Bir gün evdə oturub kitab oxuyurdum. Radioda erməni dilində veriliş verilirdi, sonra o verilişin rus dilində tərcüməsi səsləndirilirdi. Verilişdə deyirdilər ki, Azərbaycan xalqı vəhşi bir xalqdır, onlar erməniləri Sumqayıtda yandırıb kabab ediblər (Belə çıxır ki, biz erməni əti ilə kabab bişirmişik-H.Ə). Guya ki, Qarabağda demokratiya qalib gəlib, orada yaşayan ermənilər Azərbaycanın zülmündən (?) azad olub, demokratik şəraitdə yaşayırlar. 1921-ci ildə Qafqaz bürosu olub, guya ki, Stalin tərəfkeşlik edib Qarabağı Ermənistandan qoparıb Azərbaycana verib. Baxın, çıxışların məzmunu bu cür idi.
- Ermənilər qondarma respublikanı təbliğ edirdilər?
- Bəli. Ermənilər o verilişdə tarixi tərsinə təqdim edirdilər. Bizimkilər tarixi bilmədiyindən cavab verə bilmir, orada yaşayanlar da ermənilərin məlumatından istər-istəməz təsirə düşürdülər. Ermənilər bundan istifadə edərək "türklər bizi qırıb, öldürüb, yazıq millətik, dünya bizi müdafiə etməlidir" deyirdilər o proqramda. Bu çıxışlarla onlar başqa xalqları öz qondarma siyasətlərinə inandırırdılar. Verilişin səhəri gün getdim radionun binasına. Radioda baş redaktor işləyən Natalya Pavlovna Kravçukun qəbulunda oldum. Mən ona içəri girən kimi sual verdim: mənə deyin görüm, hindulardan müasir Avropaya qədər dünyanın harasında vəşhi xalq obrazı var? O da dedi ki, belə bir şey yoxdur, xalq vəhşi ola bilməz, xalqın içində vəhşi insanlar tapıla bilər, bu da hər ölkədə ola bilər. Dedim bəs bunu bir xalqın adına bağlamaq nə qədər doğrudur? Cavab verdi ki, yolverilməzdir. Soruşdum ki, Natalya Pavlovna, bəs necə olur ermənilər sizin radioda Azərbaycan xalqını vəhşi xalq adlandırır? Azərbaycan xalqı dünyaya Nizami kimi dahi bəxş edib. Həmin o xalqın nümayəndəsiyəm. Sizə elə gəlmirmi ki, onlar Azərbaycan xalqını gözdən salırlar. O qəti şəkildə tədbir gördü və erməni verilişinin aparıcılarına, redaktorlarına töhmət verdi, "bu hərəkətlərinizi yığışdırın" dedi. Krım çoxmillətli, yerdir ermənilərin apardığı təbliğatdan da hamı xəbər tutur. Soruşdum ki, nə üçün sizin radionuzda Azərbaycanın səsi yoxdur? Dedi ki, o sualı özünüzə verin, nə üçün sizin bu radioda səsiniz yoxdur? Mən sizin üçün proqram açıram, işə başlayın.
- Demək, verilişinizin yayımı belə başlayıb. Əsasən hansı mövzuda olur verilişləriniz? Qarabağ həqiqətlərini yaya bilirsinizmi?
- Proqram açılanda mənə dedilər ki, millətlər arasında münaqişəyə səbəb olacaq mövzulara toxunmayın, verilişlər mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla bağlı olsun. Ən böyük, təsirli siyasət mədəniyyət siyasətidir. Qərara gəldim ki, mədəniyyətlə bağlı proqramlar hazırlayım. Beləliklə, 1997-ci ilin mart ayının 21-də, Novruz bayramı günü efirə çıxdım, ilk verilişimizi Səməd Vurğun poeziyasına həsr etdim.
- Həmin gün həm də Səməd Vurğunun doğum günüdür...
- Elədir. Əlimdə materialım olmadığı üçün " Keçmiş Sovet poeziyasında Səməd Vurğunun yeri" mövzusunda oldu veriliş.
Sonra Novruz haqqında danışdım. Yadımdadır, efirə Qulu Əsgərovun muğamları, ifaları ilə efirə çıxdıq. Muğam Azərbaycan musiqisi kimi orada səsləndirildi. Mən redaktora dedim ki, bizim milli musiqimiz saz və muğamdır. Efirə başladıq. Sonra orada yaşayan azərbaycanlı qızı Leyli Kərimova da verilişə qoşuldu, o, "Qobustan" proqramının rus dilində aparıcısı oldu. Yüksək səviyyəli bir xanımdır, 8 ildir ki, mənimlə "Qobustan"ı aparır...
- Maliyyə vəsaitini hardan alırsınız, verilişi maliyyələşdirə bilirsinizmi?
- Heç bir yerdən maliyyə almırıq, qonorarla təmin olunmuruq, verilişi könüllü aparırıq, ictimi əsaslarla işləyirik. Proqramı açanda fikirləşdim ki, ya Krımda yaşayan azərbaycanlılar, ya da Azərbaycandakı iş adamları verilişə maliyyə dəstəyi verər, lakin dəstək göstərən olmadı. Çünki Krım radiosunda hər bir xalqın milli verilişinə diaspor maliyyə verir, bizdən başqa hamısı maliyyələşir. Bir az səfirlik kömək etdi mənə. Bundan başqa kömək görmədim. Mən orada qoca Vera arvadın evini təmir etdim, o da bunun qarşılığında dedi ki, gəl, mənim evimdə yaşa. Orada yaşayıram. Oradakı azərbaycanlılar mənə heç bir yardım göstərmədi...
- Fəaliyyətinizə mane olan yoxdur ki?
- Ermənilərdən ciddi zərbə almışdıq. Orda merin müavini qadın idi, erməniyə ərə gedib. Ermənilər gedib ona şikayət edib ki, Bakıdan bir müəllim gəlib burada ermənilərin yalanlarını ifşa edir, Azərbaycanın təbliğatını aparır. Yuxarıdan radio şirkətinə tapşırıq gəlib ki, Azərbaycan dilində olan veriliş bağlanmalıdır. 1998-ci ilin sonlarında məni radiodan çıxardılar. Köməksiz qaldım. Radionun direktoru İvan Vasilyeviç idi. Çətinliklə onun qəbuluna düşdüm. Onun qəbulunda da dedim ki, bu veriliş xalqlar dostluğunu təbliğ etmək, sizinlə Azərbaycan arasında dostluq körpüsü yaratmaq, mədəniyyəti təbliğ etmək üçün açılıb, siz isə bunu bağlamısınız. "Mən verilmiş bağlamamışam, əksinə bu verilmiş çox xoşuma gəlir, mədəniyyəti təbliğ edir, sizin proqramınızı yuxarıdan zəng edib merin müavini bağlatdırıb. O mənə məsləhət gördü ki, get, Krım sakinlərindən verilişin bərpa edilməsi ilə bağlı imza topla gətir və mənə təqdim et. Çətinliklə də olsa imzanı topladım, burada azərbaycanlılar, demək olar ki, iştirak etmədi. İmzanı toplayıb Radio şirkətinin rəhbərinə təqdim etdi. O da merin qəbuluna gedib onu məsələdən agah etdi və mer öz müavinini işdən çıxardı. Bizim veriliş ondan sonra bərpa edildi. Hazırda efirə çıxırıq.
- Azərbaycana tez-tez gəlirsiz...
- Gəlirəm ki, Azərbaycanın bölgələrini dolanıb insanlarla görüşüm, onların səsini lentə yazıb radioda verim. Böyük Vətən Müharibəsi iştirakçıları, veteranlarla görüşürəm. Onların söhbətini yazıram. Amma bir problem var ki, rayonları gəzməyə pulum çatmır, maliyyə çətinliyim olur. Pulum olsa daha çox iş görərəm, Naxçıvana gedərəm, orada yazılası hadisələr çoxdur. Lakin mənim işimə maliyyə dəstəyi verən yoxdur. Bu kimi işlərə maliyyə vəsaiti lazımdır. İnanın ki, əksər hallarda imkansızlıq üzündən otellərdə qala bilmirəm, vağzallarda, gözləmə zallarında yatıram. Amma vəsait olsa normal otellərə düşərəm. İnanın ki, görüləsi işlər çoxdur...Mən yorulmadan Azərbaycan mədəniyyətini, ədəbiyyatını, veteranlarını təbliğ edirəm, Qarabağ həqiqətlərinin başqa xalqlara çatdırılması üçün işlər görürəm.
DİGƏR XƏBƏRLƏR
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ