çərşənbə günü, 24 iyun 2026
     

Prezident biznesmen, məmur özbaşınalıqları və qorxulu bina fasadları barədə mühüm bəyanatlar səsləndirdi

Image


"İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, bundan sonra təmir olunmalıdır". Trend AzTV-yə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında deyib.

Prezident bildirib ki, Nazirlər Kabineti tezliklə həm həlak olanların ailələrinə, həm də yaralılara göstəriləcək maddi köməyin həcmini müəyyən etməli və bununla bağlı təklif verməlidir: "Burada da yubanma olmamalıdır, bu iş çox vaxt aparmamalıdır. O vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti bütün qalan məsələləri öz üzərinə götürür".

Dövlət başçısı deyib ki, birincisi, həlak olanların ailələrinə maddi yardım verilməlidir: "Maddi yardım mənzil həcminə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi yardım verilməlidir. Onun məbləği müəyyən edilməlidir və bütün yanmış mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Buna görə də siyahılar var. Evlərdə insanların sənədləri də yanıb. Daxili İşlər Nazirliyi, "ASAN xidmət” və digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər".

Prezident tezliklə müvafiq sərəncam imzalayacağını bildirib.


Prezident qanunsuz villalarla bağlı sərt xəbərdarlıq etdi

"Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. Azərbaycanda, Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur" – deyə Prezident İlham Əliyev bildirib.

Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər: "Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxamdı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".

Prezident qeyd edib ki, qanunsuz tikinti işləri aparılır, sonra da bu tikililər qanunsuz sənədləşdirilir: "Yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşnalıqdır. Buna son qoyulmalıdır. Ona görə də gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün komissiya üzvləri mənə konkret təklif verir".

İlham ƏIiyev bildirib ki, bir kiçik bina belə icazəsiz tikilə bilməz: "Əgər bundan sonra belə qanunsuz əməllər olacaqsa, bu özbaşınalığı edənlər nəinki işdən çıxardılacaq, cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, məsuliyyət olmalıdır".


Məsuliyyətə cəlb olunan iş adamları dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar

İlham Əliyev daha sonra bildirib: "Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar".

Prezidentin sözlərinə görə, indi Azərbaycan ictimaiyyəti gə görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur: "Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz".

Dövlət başçısı qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər: "Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cürə əməldən çıxır. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilir. Bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək".


Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib

"Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. Mən o fəaliyyəti görmürəm" – deyə Prezident bildirib.

Dövlət başçsı qeyd edib ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir muzey idarəsidir. Buna son qoyulmalıdır".


Bütün böyük tədbirlər bu faciə qarşısında heçə bərabərdir

Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib ki, Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı zərərçəkənlərin hər birinin yerləşdirilməsi məsələsi həllini tapıb (APA).

"Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec də hazır vəziyyətə gətirilib”, - deyə A. Şərifov qeyd edib.

A. Şərifov qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlərin dəfn olunması ilə əlaqədar komissiya tərəfindən lazımi tədbirlər görülüb: "Bu məsələdən irəli gələn tədbirlər dövlət hesabına görüləcək”.

O, əlavə edib ki, hadisə nəticəsində xəsarət alanların hər biri Səhiyyə Nazirliyinin nəzarətinə götürülüb.

Baş nazirin müavini deyib ki, yanğın baş verən binanın durumu ilə komissiyanın ekspertləri araşdırma aparır və iki gün ərzində nəticələr ölkə başçısına məruzə olunacaq.

A. Şərifov qeyd edib ki, komissiyanın qərarı ilə tezalışan fasad örtükləri olan binalarda işıqlandırma dayandırılıb.

"Bu cür fasad örtüyü olan binalar Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və "Azərişıq” ASC-nin nəzarətinə götürüləcək. Əgər icazəniz olarsa, bu cür binaların örtüklərinin sökülməsinə Avropa Oyunlarına qədər başlamayaq. Çünki Avropa Oyunlarına 20 gündən artıq vaxt qalıb və bu cür binalarda örtükləri bu müddət ərzində söküb yenisi ilə əvəz etmək mümkün olmayacaq”, - deyə baş nazirin müavini bildirib.

A. Şərifovun bu təklifinə cavab olaraq prezident İlham Əliyev bunu deyib: "Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. Bu cür üzlüklərlə üzlənən binalardan dərhal nümunələr götürülməlidir. Əgər orada təhlükə varsa, oda davamlı deyilsə, dərhal sökülməlidir. Bunu maksimum 1-2 həftəyə etmək olar”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ