Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Trend-in məlumatına görə, başsağlığında deyilir: "Bu çətin anda Çexiya xalqı, Çexiya Xarici İşlər Nazirliyi və Çexiyanın Bakıdakı səfirliyi adından yanğında həlak olanların ailələrinə və zərər çəkənlərə başsağlığı verirəm".
Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı insan ölümləri ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. APA-nın xəbərinə görə, bu barədə səfirliyin "Twitter” səhifəsində yer alan məlumatda bildirilir: "Dünən baş verən yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verir, dünyasını dəyişən şəxslərin ailələrinə səbr diləyirik. Allah rəhmət eləsin”.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim də Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Bu barədə səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.
Səfir Fələstin xalqının baş vermiş hadisənin acısını Azərbaycan xalqı ilə bölüşdüyünü bildirib.
N.Əbdül Kərim həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.