İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin bu gün Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.
Səfirlikdən baki-xeber.com-a verilən məlumata görə, səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirib.