Azərbaycanın birinci xanımı Mehriban Əliyeva senator Natali Quleni Bakıda yenidən görməkdən məmnunluğunu bildirdi. Mehriban Əliyeva Natali Qule ilə müxtəlif tədbirlərdə birgə iştirakını xatırladı, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğuladı. Birinci xanım Mehriban Əliyeva Natali Qulenin Fransa parlamentinin üzvü kimi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirdi.
Yenidən ölkəmizə səfərindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişi zamanı paytaxtımızda gördüyü dəyişikliklərin və yeniliklərin onu heyran etdiyini bildirdi. Tədbirə dəvətə görə təşəkkürünü bildirən Natali Qule artıq ənənə halı almış Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğuladı.