şənbə günü, 07 noyabr 2026
     

"İnsan alveri ilə mübarizə" mövzusu bu dəfə Lənkəran Universitetində müzakirə olundu

Image


"Polisə Dəstək" İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Lənkəran Dövlət Universitetində "İnsan alveri ilə mübarizə"mövzusunda seminar keçirilib.
Seminarda universitetin tələbələri və pedoqoji kollektivi, icra nümayəndələri, KİV təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ŞRPŞ-nin əməkdaşları iştirak edib.
Tədbiri Lənkəran Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Ramiz Şəmmədov açaraq, insan alveri probleminin bütün dünyada aktuallığını, onun həllinə dövlət, ictimai qurumlarla bərabər, bütün ictimaiyyətin cəlb olunmasının zəruriliyini vurğulayıb.
Sonra "Polisə Dəstək" İB-nin sədri Şəmsəddin Əliyev geniş mühazirə ilə çıxış edib. O, problemin aktuallığını, insan alverini yaradan səbəblər və aradan qaldırılması yolları barədə ətraflı danışıb.
Qeyd olunub ki, "Azərbaycan Respublikasında İnsan Alveri ilə Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın tələbləri çərçivəsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Nazirlər Kabinetinə daxil olan qurumların, QHT-lərin, beynəlxalq təşkilatların və digər orqanların iştirakı ilə həyata keçirilən tədbirlər öz səmərəsini verir. Bu orqanlar arasında sıx əlaqənin olması insan alveri ilə əlaqədar daxil olan məlumatların realizə olunmasına əlverişli şərait yaradır.
Bildirilib ki, hər bir cəmiyyətdə şəxsiyyətin inkişaf səviyyəsi, təhsili və vətəndaş mövqeyi onun siyasi düşüncəsi (həm də sosial) ilə bilavasitə əlaqədardır. Kifayət qədər təhsili və bilik səviyyəsi olmayan şəxslərin maarifləndirilməsi və nəzəri baxımdan məlumatlandırılması, ümumiyyətlə, bir sıra cinayətlərin qarşısının alımasında mühüm əhəmiyyət kəsb edir. Bu çox vacib şərtdir. Savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir.
Qlobal miqyas alan problemə beynəlxalq təhlükəsizlik aspektindən toxunan lektor Əfqanıstan talibanları, Pakistandakı destruktiv qüvvələr və İŞİD təmsilçilərinin də məhz bilik səviyyələrinin və dünyagörüşlərinin azlığı baxımından maraqlı dairələr tərəfindən asan idarə olunduqlarını, ələ alındıqlarını və törədilən transmilli cinayətlərin beynəlxalq aləmdə sülh üçün təhlükə yaratdığını xatırladıb. Məsələ maarifləndirmə işi, təhsil səviyyəsi ilə sıx bağlı olduğundan, tədris proqramlarında hüquqi mövzulara diqqət artırılmasının vacibliyi nəzərə çatdırılıb.
İnsan alverində qırmızı xətt kimi keçən qul əməyindən istifadə, əsasən, ağır bədən xəsarətləri, döymə, azadlığın məhdudlaşdırılması, hədələr, rişxənd, lağa qoyma və təhqirlə müşayət edilir. Tədqiqatçılar mübarizə üçün daha çox interaktiv sorğulara üstünlük verirlər. Real vəziyyəti öyrənmək üçün narrativ (ing. sözü narrare - dil aktı) sorğu metodlarından, yəni danışmaq yolu ilə həqiqəti meydana çıxarmaq, şəraitin qarşılıqlı surətdə bağlılığını öyrənmək vacib sayılır.
Söz və danışıq əsnasında informasiya əldə etmək sorğunun mahiyyətini təşkil edir. Sorğu nəticəsində qurban üzərində psixoloji nəzarəti əldə etməklə həqiqəti meydana çıxarmaq olar. Qurbanlarla səriştəli ekspertlərin, hüquq-mühafizə orqanları və digər dövlət təşkilatlarının, QHT-lərin və KİV nümayəndələrinin birgə müsahibələrinin aparılması daha çox səmərə verə bilər.
KİV-in insan alverinə qarşı həyata keçirdiyi monitorinqlər nəticəsində ictimai rəyin hansı səmtə yönəlməsinə dair məlumat toplamaq mümkündür. Belə müsahibə xarakterli sorğular daha çox insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin yaşadığı, çalışdığı və təhsil aldığı yerlərdə - regionlarda təşkil edilə bilər.
Məruzəçi deyib ki, insan alveri qurbanlarının müəyyən hissəsi özlərinin səhvi və günahları ucbatından belə vəziyyətlə üzləşirlər. Valideynlərin, doğmaların, kollektivin (təhsil, iş) günahı burada, əlbəttə ki, var. Yüngül əxlaqlılar isə həmişə qurbanların sayında təxminən 34% təşkil edir.
Burada və yaxud kollektivdə insan alveri barədə məlumatsızlıq, çətin maddi durum, valideynlər və qohumlar tərəfindən risq faktoruna məruz qalanlara mənəvi dəstəyin olmamasını da səbəblər sırasına aid etmək olar. Gənclərin risqli davranışları - tədrisdən (məktəbdən) yayınmaq, narkotiklərə aludəlik, müntəzəm məşğuliyyət növünün olmaması, habelə, müəyyən qismin xırda oğurluğa və xuliqanlığa görə polis tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi faktorları insan alverinin qurbanına çevrilmə üçün xarakterikdir.
İnsan alverinə təsir edən səbəblərdən biri də işsizlikdir. Gənclərin təxminən 65%-i yüksək əmək haqqı olan işlərə getməyə üstünlük verir. Bu mənada yeniyetmələrin əksər qrupu təklif edilən "yüksək əmək haqqı" vədini fikirləşmədən qəbul edir və belə şəxslərin qeyri-nikbin ovqatla yaşaması, gələcəyə və özünə inanmaması köləliyə məruz qalmağa imkan yaradır.
Qeyd edilib ki, ƏSMN-nin Baş Məşğulluq İdarəsinin məlumatına görə, Azərbaycanda rəsmi qeydiyyatda 39.951 nəfər işsiz var və işsizliyə görə onlara müvafiq müavinət verilir. Qeyri-rəsmi məlumata görə isə, ölkədə 265 min nəfər işsiz kimi qeydiyyatdadır, onun 1479 nəfərinə işsiz statusu verilməklə müavinət təyin edilmişdir. Əmək qabiliyyətinə malik olanların və əhalinin ümumi sayına nisbətdə çox kiçik bir zümrə işsizdir.
Müasir Avstriyada, Danimarkada, Almaniyada və Yaponiyada əmək qabiliyyəti olanların sırasında işsizlərin sayı 10%, Fransa, Yunanıstan, İtaliya, Polşa və İspaniyada bu tərkib 35% təşkil edir. İşsizlikdən əziyyət çəkənləri yaş həddinə görə bölsək, 25 yaşınadək gənclər çoxluq təşkil edir. Azərbaycanda isə işsizlərin sayı 5% təşkil edir. Regionların sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində işsizliyin səviyyəsi hər il aşağı düşür. Ötən il 100 mindən çox iş yeri açılıb, onun da 80 mini daimi iş yerləridir. Bütün bunlar Azərbaycanda insan alveri ilə bağlı risqli formaların aradan qaldırılmasına imkan verir.
İnsan alveri cinayətlərində qadın qurbanlarının olması narahatlıq doğursa da, son dövrlərin müqayisəli təhlili statistik rəqəmlərdə azalma ilə müşahidə edilir. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2014-cü ilin birinci yarısında həyata keçirdiyi preventiv tədbirlər nəticəsində 50 cinayət aşkar edilib, 7 nəfər barəsində məhkəmə tərəfindən cəza tətbiq edilib. Cinayətlərin qurbanına çevrilmiş 39 nəfərin cəmiyyətə "qayıdışı" bərpa olunub. Diqqət çəkən əməliyyat məqamı ondan ibarətdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası adından cəza tətbiq edilən 7 nəfərin təhlükəli əməllərinə, psixi və fiziki iztirablarına 39 nəfər məruz qalıb, onların iradələrinə uyğun davranışlarına məhdudiyyətlər qoyulub, köləliyə xas tərzdə saxlanıblar. Digər sezilməyən məqam ondan ibarətdir ki, bu cinayətlərin əksər çoxluğu vətəndaşların-zərərçəkənlərin məlumatları sayəsində deyil, əməliyyat araşdırmalarının nəticəsi olaraq aşkar olunub. Bu da trafinq cinayətlərinin spesifik mürəkkəbliyinin təzahürüdür. Zərərçəkən-qurbanların bu barədə müvafiq orqanlara xəbər verməməsi isə müəyyən qədər yuxarıda qeyd edilən faktorların təzahürüdür.
Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, dünyada miqrasiya dairəsinin genişlənməsi də insan alverinə aparan qısa və asan bir yoldur. İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.
Tədbirin sonunda Ş.Əliyev tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ